Gürcüstanın Batumi şəhərində ağır atletika üzrə Avropa çempionatı start götürüb. Yarışın ikinci günündə yığmamızın bir üzvü – Tehran Məmmədov (60 kq) körpücük üzərinə çıxıb.
Atletimiz birdən qaldırma hərəkətində 118 kq, təkanla qaldırmada isə 142 kq-ın öhdəsindən gəlib. Toplamda 260 kq (118+142) nəticə göstərən Məmmədov, qitə birinciliyini 8-ci sırada tamamlayıb.
Qeyd edək ki, ölkəmiz turnirdə ümumilikdə 4 idmançı ilə təmsil olunur. Komandamızın digər 3 üzvü növbəti günlərdə mübarizəyə qoşulacaq.