“Siti”də Qvardiola düyünü: 150 milyonluq transfer onu qalmağa razı salacaqmı?

22.04.26 | 17:31
Dünya futbolu

Xosep Qvardiola mövsümün sonunda “Mançester Siti”dən ayrıla bilər. Lakin “şəhərlilər”in rəhbərliyi təcrübəli mütəxəssisi komandada saxlamaq üçün bütün imkanlarını səfərbər edib.

Fichajes nəşrinin yaydığı məlumata görə, klub rəhbərliyi Qvardiolanı fikrindən daşındırmaq üçün onun transfer siyahısındakı əsas hədəflərdən birini – PSJ-nin yarımmüdafiəçisi Joau Neveşi heyətə qatmağa hazırlaşır. İspaniyalı baş məşqçinin portuqaliyalı istedadın böyük pərəstişkarı olduğu bildirilir. Hətta Paris klubunun 20 yaşlı ulduz üçün tələb etdiyi 150 milyon avroluq astronomik məbləğ də “Siti”ni yolundan döndərmir.

Qeyd edək ki, Neveş cari mövsümdə PSJ forması ilə bütün turnirlərdə 29 matça çıxaraq 6 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb. Onun parislilərlə müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir.

Transfer şayiələri ilə yanaşı, Qvardiola Premyer Liqadakı gərgin çempionluq yarışı barədə də danışıb. İnsayder Fabrisio Romanonun paylaşımına görə, baş məşqçi turnir cədvəlindəki vəziyyətdən narahat olmadığını bildirib: “Qətiyyən narahat deyiləm. Əsl təzyiqi və həyəcanı ötən mövsüm yaşamışdıq. İndi isə həmişəkindən daha sakitik. Hətta “Arsenal” üzərindəki qələbədən sonra belə bu soyuqqanlılığımızı qoruyuruq”.

Xatırladaq ki, doğma meydanda “Arsenal”ı 2:1 hesabı ilə məğlub edən “Mançester Siti” çempionluq intriqasını maksimuma çatdırıb. Hazırda “şəhərlilər” 67 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıblar. Lider “Arsenal”ın aktivində 70 xal olsa da, “topçular” rəqibindən bir oyun çox keçiriblər. Bu isə o deməkdir ki, itirilmiş xallar baxımından hər iki komanda eyni mövqedədir.

Paylaş:

Xəbər Lenti

ÇL: Birinci raundun nəticələri

16.07.26 | 08:07

Anje Mutsinzi: “İlk oyundakı böyük hesablı qələbə növbəti mərhələni təmin etmir”

16.07.26 | 01:16

Argentinadan möhtəşəm geri dönüş!

16.07.26 | 01:31

FİFA-dan tarixi qərar: DÇ-2026-nın finalında “müqəddəs qayda” pozula bilər

16.07.26 | 01:20

Harri Keynin uğur sirri: uşaqlıq sevgisi və ən böyük dəstəkçisi

16.07.26 | 00:11

Vüsal İsgəndərlidən komandası rəqibini darmadağın edərək növbəti mərhələyə yüksəldi

16.07.26 | 00:07

Maradonanın ölümü üzrə məhkəmə işində qalmaqal: Vəkillər az qala əlbəyaxa davaya çıxdı

16.07.26 | 00:32

Kollinadan Deşama sərt cavab: “Hakim yarımfinal səviyyəsinə tam layiq idi”

15.07.26 | 23:27

Rəşad Sadıqov: “Mərhələ məsələsini əsas vaxtda həll etmək istəyirik”

15.07.26 | 23:19

Aydın Süleymanlıdan ardıcıl ikinci heç-heçə

15.07.26 | 23:12

Qurban Qurbanov: “Uzun yola və soyuq havaya rəğmən, komandamız tam hazırdır”

15.07.26 | 22:15

“Düşmənimin düşməni dostumdur”: Şotlandlar İngiltərəyə qarşı oyunda niyə Argentinanı seçdi?

15.07.26 | 15:09

DÇ-2026: FİNALIN SON BİLETİ UĞRUNDA NƏHƏNGLƏRİN SAVAŞI!

15.07.26 | 15:49

Luis de la Fuente: “Özümüzü məğlubedilməz hiss edirik”

15.07.26 | 14:52

Azər Məmmədov: “Bəzi mövqeləri gücləndirməliyik, transferlər üzərində işləyirik”

15.07.26 | 14:01

“Sabah”dan növbəti qələbə və ölkə reytinqinə vacib töhfə

15.07.26 | 13:28

“Şamaxı”dan növbəti legioner transferi

15.07.26 | 13:49

Didye Deşamdan tarixi rekord: Dünya çempionatlarında ən çox oyuna çıxan məşqçi!

15.07.26 | 13:05

İspaniya millisindən tarixi Avropa rekordu: Pley-offlarda ardıcıl 8 qələbə

15.07.26 | 12:05

Kreyq Harrison: “İlk qol planlarımızı tamamilə pozdu”

15.07.26 | 12:41