On il əvvəl bütün futbol dünyası “Lester Siti”nin İngiltərə Premyer Liqasındakı sensasiyalı çempionluğunu barədə danışırdı. Lakin bu gün mənzərə tamamilə fərqlidir. Bir vaxtlar Çempionlar Liqasının dörddəbir finalına qədər irəliləyən klub, indi İngiltərə futbolunun ikinci divizionunu (Çempionşip) da tərk edərək uçuruma yuvarlanıb.
Çərşənbə axşamı keçirilən oyundan əvvəl “tülkülər”in vəziyyəti artıq kritik həddə idi. Keçmiş çempionların divizionda qalmaq şansını riyazi olaraq qoruması üçün meydandan mütləq qələbə ilə ayrılması lazım idi. Lakin qeydə alınan heç-heçə klubun sağ qalmaq ümidlərini tamamilə dəfn etdi. Beləliklə, “Lester” rəsmən Liqa 1-ə — sonuncu dəfə 17 il əvvəl çıxış etdiyi bataqlığa qayıtdı.
Ekspertlərin fikrincə, bu uğursuzluğun kökündə klubun idarəetmə heyətinin yanlış qərarları dayanır. Klubun sahibi, eyni zamanda “King Power” rüsumsuz ticarət şəbəkəsinin (duty-free) baş direktoru olan Ayayavatt Srivaddhanaprabha, qlobal pandemiyanın qurbanlarından biri oldu. Belə ki, 2020-ci ildə hava yollarının iflic olması və hava limanlarındakı mağazaların boşalması şirkətin milyardlarla dollar itirməsinə səbəb oldu.
Şirkətin gəlirləri kəskin azalsa da, klubun xərcləri eksponensial olaraq artmağa davam etdi. “Lester” illərdir uğurla tətbiq etdiyi “ucuz al, baha sat” fəlsəfəsindən uzaqlaşaraq, transfer bazarında və maaş siyasətində ciddi səhvlərə yol verdi.
Şirkətin gəlirləri kəskin azalsa da, klubun xərcləri eksponensial olaraq artmağa davam etdi. “Lester” illərdir uğurla tətbiq etdiyi “ucuz al, baha sat” fəlsəfəsindən uzaqlaşaraq, transfer bazarında və maaş siyasətində ciddi səhvlərə yol verdi.
Yığılıb qalan borclar və maliyyə “feyr-pley” qaydalarının pozulması cəzasız qalmadı. Cari ilin fevral ayında Çempionşip rəhbərliyi “Lester”in aktivindən 6 xal sildi. Bu ağır sanksiyanın altından çıxa bilməyən komanda, turnir cədvəlinin dibinə yuvarlandı.On il əvvəl yazılan “Lester nağılı” bu gün maliyyə itkiləri, yanlış transferlər və aşağı diviziona düşməyin gətirdiyi acı reallıqla yekunlaşdı. İndi bütün İngiltərə futbol ictimaiyyəti bir suala cavab axtarır: Görəsən, “tülkülər” yenidən elitaya qayıtmaq üçün güc tapa biləcəklər, yoxsa bu, böyük bir dövrün rəsmən bitməsidir?