Yunis Hüseynov hakimlikdən gileyləndi: “VAR bizə gələndə baxırlar, rəqibə yox!”

21.04.26 | 23:49
Ölkə futbolu

Ölkə kubokunun yarımfinal mərhələsinin cavab qarşılaşmasında “Zirə” ilə heç-heçə edərək (0:0, ilk oyun 0:2) mübarizəni dayandıran “Turan-Tovuz”un məşqçisi Yunis Hüseynov oyunsonu mətbuat konfransında sərt açıqlamalarla çıxış edib.

Təcrübəli mütəxəssis komandasının məğlubiyyətə rəğmən sərgilədiyi oyundan razı qaldığını, lakin hakimlərin qərarlarının nəticəyə birbaşa təsir etdiyini bildirib: “Hər bir komanda qələbə qazanaraq finala yüksəlmək istəyir. Biz də bu arzuda idik və meydanda rəqibdən daha güclü təsir bağışladıq. Hesab edirəm ki, finala vəsiqəni haqq edən tərəf biz idik. Təəssüf ki, ilk oyunda yol verilən hakim səhvləri bu gün qələbə qazanmağımıza mane oldu. Bu gün vurduğumuz qol qeydə alınmadı. Maraqlıdır ki, bizim əleyhimizə olan epizodlarda dərhal VAR-a müraciət edilir, lakin rəqiblə bağlı bənzər vəziyyətlərdə bunu görmürük. Əliyar Ağayevin əvvəlcə qırmızı vərəqə göstərib, sonra qərarını ləğv etməsi də futbolçuların bütün əməyini yerə vurdu”.

Komandanın hücumda istənilən effektivliyi göstərə bilməməsinə toxunan baş məşqçi, bunun səbəbini həm rəqibin sıx müdafiəsi, həm də oyunçuların üzərindəki psixoloji təzyiqlə əlaqələndirib: “İlk oyunda verilməyən iki təmiz penaltinin futbolçuların psixologiyasına təsir etdiyini danmaq olmaz. Buna baxmayaraq, oyuna pis hazırlaşmamışdıq. Bilirdik ki, “Zirə” ilk matçdakı üstünlüyünü qorumaq üçün beşli müdafiə sistemi ilə oynayacaq. Onlar bizə geniş sahələr vermədilər. Amma komandamızın çıxışından narazı deyiləm. İlk hissədə qol vura bilsəydik, ardı mütləq gələcəkdi. Bu gün “Zirə” yalnız müdafiə olunmaqla məşğul idi”.

Mövsümün əsas hədəfi olan Kubokdan kənarda qalan Tovuz təmsilçisi artıq bütün diqqətini Misli Premyer Liqasına yönəldib. Hüseynov turnir cədvəlindəki iddiaları barədə belə deyib: “Kuboku qazanmaq və çempion olmaq bizim əsas məqsədimiz idi. Əgər bir komandanın kubok arzusu yoxdursa, deməli, hədəfi də yoxdur. İndi qarşıda bizi çətin oyunlar gözləyir. İkinci yer barədə xüsusi düşünmürük, lakin hər oyuna qələbə üçün çıxacağıq. Əgər ardıcıl qalib gəlsək, təbii ki, turnir cədvəlində daha yüksək pillələrdə qərarlaşacağıq”.

Paylaş:

Xəbər Lenti

Cəfərov və Qurbanov xalçaya qızıl medal üçün çıxacaqlar

21.04.26 | 23:26

Yunis Hüseynov hakimlikdən gileyləndi: “VAR bizə gələndə baxırlar, rəqibə yox!”

21.04.26 | 23:49

Rəşad Sadıqov: “Finalda rəqib seçmirəm”

21.04.26 | 23:06

“Zirə” adını finala yazdırdı

21.04.26 | 19:11

Neymar və “Santos” tərəfdarları arasında gərginlik pik həddə: “Cəhənnəm olun!”

21.04.26 | 17:57

Azarkeşlərin meydan “sevdası” klubları ziyana saldı

21.04.26 | 17:53

Paytaxt derbisinin bədəli ağır oldu

21.04.26 | 17:54

Tiranada üç güləşçimiz finalın bir addımlığında!

21.04.26 | 17:47

Sinxron üzgüçülük üzrə milliyə yeni baş məşqçi gətirildi

21.04.26 | 15:04

Holand: “Sevgilim meydandakı mübarizələri xoşlamır”

21.04.26 | 13:45

Ağır atletimiz Avropa çempionatında debüt etdi

21.04.26 | 13:01

TV proqram

21.04.26 | 12:15

İsgəndərov Dünya Kubokuna qələbə ilə başladı

21.04.26 | 11:31

Mikelsin qayıdışı sual altındadır

21.04.26 | 11:58

Bu gün 8 güləşçimiz xalça üzərinə çıxacaq

21.04.26 | 11:14

Kristian Kostin “Neftçi”dən gedir

20.04.26 | 23:31

U-17 millimiz Qazaxıstandakı turnirə hazırlaşır

20.04.26 | 23:34

“Zirə”dən Premyer Liqada 100-cü heç-heçə

20.04.26 | 23:36

Nicat Abasov: “İki şahmatçımızın fəxri kürsüdə yer alması ölkəmizin böyük uğurudur”

20.04.26 | 23:46

Tiranada start: Yunan-roma güləşçilərimizdən ikisi yarımfinala yüksəldi

20.04.26 | 23:50