“Kəpəz”dən dramatik geri dönüş

02.05.26 | 19:07

Premyer Liqanda 30-cu turun açılış matçı maraqlı və gözlənilməz sonluqla bitdi. Elitada yerini qorumaq uğrunda mübarizə aparan “Kəpəz”, Yevlaxda “Sumqayıt”ı sınağa çəkib və matçın sonlarında vurduğu qollarla vacib qələbə qazandı.

Qarşılaşmanın ilk yarısı daha çox ehtiyatlı oyun və kəşfiyyat xarakterli hücumlarla yadda qaldı. Təhlükəli vəziyyətlərin azlığına rəğmən, qonaqların hücumçusu Nikola Ninkoviçin baxımlı qolu azarkeşləri həyəcanlandırsa da, sevincləri uzun çəkmədi. Hakimlər briqadası Aleksa Yankoviçin ötürməsi anında oyundankənar vəziyyət qeydə alaraq qolu ləğv etdi. “Sumqayıt”ın baş məşqçisi Saşa İliç üçün matçın ilk dəqiqələri həm də itki ilə yadda qalıb. Keppel 11-ci dəqiqədə zədələnərək meydanı tərk etdiyi üçün qonaqlar məcburi dəyişikliyə əl atmalı olublar.

İkinci hissənin əvvəli nisbətən sakit keçsə də, 64-cü dəqiqədə hesabdakı sükut pozuldu. Ninkoviçin cərimə zərbəsindən asmasından sonra top “Kəpəz”in gənc qapıçısı Yusif İmanovun bəxtsizliyi nəticəsində qapı toruna daxil oldu.

Hesabda geri düşməsinə baxmayaraq, Azər Bağırovun yetirmələri ruhdan düşməyib və rəqib qapısı qarşısında təzyiqi artırmağa başladılar. Oyunun kulminasiya nöqtəsi isə son dəqiqələrə təsadüf etdi. Matçın əsas vaxtının başa çatmasına 4 dəqiqə qalmış təyin olunan penaltini Rauf Hüseynli dəqiq yerinə yetirərək tarazlığı bərpa etdi. Cəmi üç dəqiqə sonra “Sumqayıt”ın cərimə meydançasında qayda pozuntusu qeydə alındı və baş hakim yenidən ağ nöqtəni göstərdi. Topa yaxınlaşan qəhrəman – Rauf Hüseynli yenə də soyuqqanlılığını qoruyaraq özünün və komandasının ikinci qoluna imza atdı.

Bu əzmkar qələbə sayəsində “Kəpəz” aktivinə həyati əhəmiyyət kəsb edən 3 xal yazdıraraq Premyer Liqada qalmaq yolunda mühüm addım atdı.

KƏPƏZ – SUMQAYIT 2:1 (0:0)

Qollar: İmanov, 64-öz qapısına (0:1), Hüseynli, 86-pen. (1:1), 89-pen. (2:1)

Baş hakim: Əli Əliyev.

Kəpəz: Yusif İmanov, Rauf Hüseynli, Renosuke Ohori, Fərid Nəbiyev (Ehtiram Şahverdiyev, 46), Rəhman Hacıyev, Paçu, Olavale Onanuqa (Şakir Seyidov, 32), Adama Fofana (Camal Cəfərov, 78), Mate Abuladze, Dioqo Verdaşka (k), Mahamadu Ba.

Sumqayıt: Xəyal Fərzullayev, Keffel (Rayan Senhaci, 11), Rüstəm Əhmədzadə (Nsana Simon, 77), Nihat Əhmədzadə, Səbuhi Abdullazadə (k), Nikola Ninkoviç (Ronaldo Vaskes, 77), Emil Mustafayev (Sedrik Badolo, 61), Aleksand Ramalinqom, Aleksa Yankoviç, Danilo Beskorovaynı, Kənan Feyziyev.

Sarı vərəqələrlər: Feyziyev, 43. Mustafayev, 54. Şahverdiyev, 63. Paçu. 90+2.

Paylaş:

Xəbər Lenti

Zaretska zirvəyə bir addım daha yaxınlaşdı

18.05.26 | 14:33

Kiçik kəndin böyük nağılı: «Elversberq» bundesliqada!

18.05.26 | 13:35

Aleksey İsayev: 3 klub, 200 oyun!

18.05.26 | 13:45

Ramalingom yubiley qolunu vurdu  

18.05.26 | 13:18

“Mançester Siti”də Qvardiola planı: 2028-ci ilə qədər gizli razılıq!

18.05.26 | 12:23

Naqelsmannın mundial öncəsi qərarı Almaniyanı ikiyə böldü

18.05.26 | 00:31

Joze Mourinyo gələcəyi ilə bağlı nöqtəni qoydu

18.05.26 | 00:36

Ronaldo Çempionlar Liqasının finalında uduzdu

18.05.26 | 00:46

“Sumqayıt”ın məşqçisindən iddialı bəyanat: “Son matçda hədəf “Qarabağ”ı büdrətməkdir”

17.05.26 | 22:00

Emreli meydana girdi və dərhal “fərqləndi”

17.05.26 | 21:01

Vernidubdan avrokubok bəyanatı: “İstəmirəm bir tur oynayıb, məğlub olub qayıdaq!”

17.05.26 | 21:38

Sərbəst güləşçilərimiz Avropa birinciliyini 15 medalla başa vurdu

17.05.26 | 21:48

Dambrauskas: “Məğlub olsaq da, bu gün çempionluğumuzu qeyd edirik!”

17.05.26 | 21:55

Rəşad Sadıqov: “Sabah”ın heyətini görəndə bir az məyus oldum”

17.05.26 | 21:32

“Neftçi” Konfrans Liqasına vəsiqəni təmin etdi

17.05.26 | 21:33

Ülviyyə Fətəliyeva Avropa çempionatının favoritləri sırasındadır

17.05.26 | 15:41

“Sabah”ın sükan arxasına serbiyalı mütəxəssis keçir

17.05.26 | 15:38

Tağızadədə həm qapını qorudu, həm də 2 assist etdi

17.05.26 | 15:50

Şəhriyar Məmmədyarov üçün böyük sınaq

17.05.26 | 15:45

Şotlandiyada 41 illik hegemonluq yenə qaldı

16.05.26 | 23:46