İspanlar çıxılmaz vəziyyətdə: “Bu, tarixi bir uğursuzluqdur!”

16.06.26 | 17:06
Dünya futbolu

Avropa çempionunun DÇ-nin ilk turunda Kabo-Verde yığması ilə sensasiyalı heç-heçəsi İspaniyada böyük qəzəb və şok effekti yaradıb. “Polsat Mundial Cast” proqramında çıxış edən tanınmış ekspert Pyotr Urban “ Furia Roja”nın (“Qırmızı qəzəb”) əsas problemini açıqlayaraq baş verənləri kəskin tənqid edib: “Bu, sadəcə uğursuzluq deyil, böyük bir səhv, tarixi bir uğursuzluqdur”.

Xəbərin təfərrüatları isə yığma daxilindəki ciddi taktiki böhrandan xəbər verir. Urbanın fikrincə, Kabo-Verde ilə matçda ispanların sadəcə bəxti gətirməyib demək bəraət olardı. Komanda meydanda tamamilə sönük və fəaliyyətsiz görünüb: “Bu, yığmanın sadəcə şanssızlıq ucbatından xal itirdiyi oyunlardan deyildi. Onlar meydanda yorucu, darıxdırıcı və heç bir effekti olmayan köhnə üslublu bir “tiki-taka” nümayiş etdirdilər”.

Ekspert hesab edir ki, İspaniya yığması hazırda çox ciddi bir problemlə üz-üzədir. Maraqlıdır ki, məhz bu amil komandanın son Avropa çempionatındakı möhtəşəm çempionluğunun əsas hərəkətverici qüvvəsi idi. Söhbət cinah hücumlarının kəsərindən gedir: “Cinah oyunçuları olmadan İspaniya millisinin hansı günə düşdüyünü hamımız gördük. Heyətdə Lamin Yamal və Niko Uilyams kimi vunderkindlər olanda və onlar optimal formalarındadırsa, bu komanda tamamilə başqalaşır – dinamik, aqressiv, sürətli və qol epizodlarında ölümcül olur. Bu oyunçuların təsiri dərhal hiss olunur. Əks halda isə Kabo Verde ilə matçda şahidi olduğumuz eyni ssenari təkrarlanır: topa sonsuz nəzarət, lakin sıfır effektivlik”.

Paylaş:

Xəbər Lenti

Özbəkistan debüt oyununda uduzdu

18.06.26 | 07:07

Qana gözlənilən 3 xalı son dəqiqələrdə qazandı

18.06.26 | 07:40

Keyn tarix yazdı, İngiltərə qələbə ilə başladı

18.06.26 | 07:39

Mundialın qəhrəmanı anasına qovuşur

18.06.26 | 07:50

Messinin göz yaşlarının səbəbi idman deyil, ailə dramıdır

17.06.26 | 23:01

DÇ-də şok ittiham: Vahini polis tərəfindən saxlanılıb

17.06.26 | 22:58

Mbappe və Kamavinqanın məsləhəti işə yaradı: Olise “Real”a “hə” dedi

17.06.26 | 22:28

Ronaldo üçün tarixi oyunda Portuqaliya xal itirdi

17.06.26 | 21:48

“Qarabağ”dan 4-cü transfer: Bruno Lanqa rəsmən Ağdam klubunda

17.06.26 | 21:21

Sadıqov: “Sonda mərhələ keçən tərəf olmaq istəyirik”

17.06.26 | 18:37

Ağdamlılar Medina ilə vidalaşdı

17.06.26 | 16:20

Konfrans Liqasında püşk atıldı: Təmsilçilərimizin potensial rəqibləri bəlli oldu

17.06.26 | 16:18

Millimiz Ulan-Bator “Böyük Dəbilqə”sinə tam heyətlə yollanır

17.06.26 | 16:05

Messi və Mbappe zirvə uğrunda amansız mübarizədə!

17.06.26 | 16:54

“Qarabağ”dan milyonluq transfer: Fabrisio Romano və MARCA təsdiqlədi          

17.06.26 | 16:48

Avropa Liqasında püşk atıldı: “Qarabağ”ın II mərhələdəki potensial rəqibləri bəllidir

17.06.26 | 16:57

“Araz-Naxçıvan” Ülvi İsgəndərovla müqaviləni yenilədi

17.06.26 | 14:26

“Sabah”ın ÇL-dəki potensial rəqibi: “Vardar” və ya “KuPS”

17.06.26 | 14:37

Milli Bakıda iki sınaq matçına çıxacaq

17.06.26 | 13:26

Cəlal Hüseynov “Petrolul”a keçib

17.06.26 | 13:15