“PSJ”nin mərakeşli cinah müdafiəçisi Əşrəf Hakimi zorlama ittihamı ilə hakim qarşısına çıxacaq. RMC Sport-un məlumatına görə, futbolçunun vəkillərinin verdiyi apellyasiya şikayəti rədd edilib və iş baxılması üçün cinayət məhkəməsinə göndərilib. Məhkəmə prosesində “Real”in hücumçusu Kilian Mbappenin də şahid qismində ifadə verəcəyi bildirilir.
Xatırladaq ki, mərakeşli müdafiəçiyə qarşı iddialar ilk dəfə üç il əvvəl irəli sürülmüşdü. Hazırda Mərakeş yığmasının heyətində DÇ-2026-da çıxış edən Hakimi sosial şəbəkə hesabında mövzu ilə bağlı ilk dəfə açıqlama verib: “Bu vaxta qədər səbr nümayiş etdirərək ədalətə güvəndim və susmağa üstünlük verdim. Ancaq bu hadisə mənə və ailəmə çox pis təsir göstərir, özümü sanki bir hədəf kimi hiss edirəm. Nəhayət, hər şeyi aydınlığı ilə danışa biləcəyim məhkəmə prosesinin başlamasını gözləyirəm”.