Güllə kimi debüt: Günay Qurbanovadan Avropa bürüncü

23.04.26 | 22:59
Digər növlər

Tiranada (Albaniya) keçirilən güləş üzrə Avropa çempionatında 59 kq çəki dərəcəsində fəxri kürsünün üçüncü pilləsinə qalxan 18 yaşlı Azərbaycan təmsilçisi Günay Qurbanova uğurlu çıxışını şərh edib.

Böyüklər arasında ilk ciddi sınağından medalla ayrılan gənc güləşçimiz, sevincini və gələcək hədəflərini bölüşü.

Qurbanova debüt turnirində bürünc qazanmağın qürurverici olduğunu bildirsə də, finalın bir addımlığında dayanmasından təəssüfləndiyini gizlətməyib: “Bu medal mənim üçün çox dəyərlidir, çünki böyüklər səviyyəsində ilk turnirim idi. Əlbəttə, hədəfim finala yüksəlib qızıl uğrunda mübarizə aparmaq idi, lakin təəssüf ki, alınmadı. Hesab edirəm ki, həlledici məqamda sadəcə təcrübəm çatmadı”.

Yarımfinaldakı məğlubiyyətini analiz edən Günay, rəqibinin gücünü də etiraf edib: “Yarımfinalda məğlub olduğum güləşçi turnirin qalibi oldu. Onun yerində mən olmaq istərdim. Bu, mənim üçün böyük bir dərsdir. İnanıram və söz verirəm ki, gələn il daha təcrübəli və güclü olacağam. Növbəti Avropa çempionatında nəticəni daha da yaxşılaşdırmağa çalışacağam”.

Paylaş:

Xəbər Lenti

Zaretska zirvəyə bir addım daha yaxınlaşdı

18.05.26 | 14:33

Kiçik kəndin böyük nağılı: «Elversberq» bundesliqada!

18.05.26 | 13:35

Aleksey İsayev: 3 klub, 200 oyun!

18.05.26 | 13:45

Ramalingom yubiley qolunu vurdu  

18.05.26 | 13:18

“Mançester Siti”də Qvardiola planı: 2028-ci ilə qədər gizli razılıq!

18.05.26 | 12:23

Naqelsmannın mundial öncəsi qərarı Almaniyanı ikiyə böldü

18.05.26 | 00:31

Joze Mourinyo gələcəyi ilə bağlı nöqtəni qoydu

18.05.26 | 00:36

Ronaldo Çempionlar Liqasının finalında uduzdu

18.05.26 | 00:46

“Sumqayıt”ın məşqçisindən iddialı bəyanat: “Son matçda hədəf “Qarabağ”ı büdrətməkdir”

17.05.26 | 22:00

Emreli meydana girdi və dərhal “fərqləndi”

17.05.26 | 21:01

Vernidubdan avrokubok bəyanatı: “İstəmirəm bir tur oynayıb, məğlub olub qayıdaq!”

17.05.26 | 21:38

Sərbəst güləşçilərimiz Avropa birinciliyini 15 medalla başa vurdu

17.05.26 | 21:48

Dambrauskas: “Məğlub olsaq da, bu gün çempionluğumuzu qeyd edirik!”

17.05.26 | 21:55

Rəşad Sadıqov: “Sabah”ın heyətini görəndə bir az məyus oldum”

17.05.26 | 21:32

“Neftçi” Konfrans Liqasına vəsiqəni təmin etdi

17.05.26 | 21:33

Ülviyyə Fətəliyeva Avropa çempionatının favoritləri sırasındadır

17.05.26 | 15:41

“Sabah”ın sükan arxasına serbiyalı mütəxəssis keçir

17.05.26 | 15:38

Tağızadədə həm qapını qorudu, həm də 2 assist etdi

17.05.26 | 15:50

Şəhriyar Məmmədyarov üçün böyük sınaq

17.05.26 | 15:45

Şotlandiyada 41 illik hegemonluq yenə qaldı

16.05.26 | 23:46