Güləşçilərmiz Avropa Çempionatını 13 medalla başa vurdu

26.04.26 | 22:31
Digər növlər

Albaniyanın paytaxtı Tiranada keçirilən idman güləşi üzrə Avropa çempionatı Azərbaycan milli komandası üçün tarixi uğurla başa çatıb. Qitə birinciliyində yüksək əzmkarlıq nümayiş etdirən güləşçilərimiz ümumilikdə 13 medal (5 qızıl, 2 gümüş, 6 bürünc) qazanaraq azarkeşlərə böyük sevinc bəxş ediblər.

Çempionatın son günü sərbəst güləşçilərimizin inamlı çıxışı ilə yadda qalıb. Xalçaya çıxan beş pəhləvanımızdan dördü finalda mübarizə aparmaq hüququ qazanıb və onlardan ikisi fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

92 kq çəki dərəcəsində yarışan Əli Çokayev gərgin keçən həlledici görüşdə bolqarıstanlı rəqibi Əhməd Batayevi 5:3 hesabı ilə üstələyərək Avropa çempionu olub. Bu qələbə ilə Çokayev Azərbaycanın müstəqillik dövrü güləş tarixinə 43-cü Avropa çempionu kimi adını qızıl hərflərlə yazdırıb.

Superağır çəkidə (125 kq) isə Giorgi Meşvildişvili rəqiblərinə heç bir şans qoymayıb. Finalda macarıstanlı Vladislav Baytsayevi 8:0 hesabı ilə darmadağın edən pəhləvanımız karyerasında ikinci dəfə qitənin ən güclüsü tituluna yiyələnib.

Digər sərbəst güləşçilərimizdən Turan Bayramov (74 kq) və Arseni Cioyev (86 kq) qızıl medalın bir addımlığında büdrəyərək çempionatı gümüş medalla başa vurublar. Turan Bayramov slovakiyalı Taymuraz Salkazanova (2:4), Arseni Cioyev isə neytral bayraq (UWW) altında çıxış edən İbrahim Kadiyevə minimal hesabla (1:2) məğlub olub.

Bürünc medal uğrunda təsəlliverici görüşə çıxan Nurəddin Novruzov (61 kq) isə ermənistanlı rəqibi Arsen Arutyunyana tuşe ilə məğlub olaraq turnirlə medalsız vidalaşıb.

Xatırladaq ki, sərbəst güləşçilərimizdən İslam Bazarqanov (57 kq) bir gün öncə komandamızın 42-ci çempionu olaraq qızıl, Cəbrayıl Hacıyev (79 kq) isə bürünc medal qazanmışdı.

Sərbəst güləşçilərin uğur estafetindən əvvəl yunan-Roma və qadın güləşi üzrə milli komandalarımız da öz sözünü deyib:

Sərbəst güləşçilərin uğur estafetindən əvvəl yunan-Roma və qadın güləşi üzrə milli komandalarımız da öz sözünü deyib.

Yunan-Roma güləşində Həsrət Cəfərov (67 kq) və Qurban Qurbanov (82 kq) bütün rəqiblərini üstələyərək qızıl medala sahib çıxıblar. Rəşad Məmmədov (55 kq), Nihat Məmmədli (60 kq) və İslam Abbasov (87 kq) isə komandamızın aktivinə bürünc medallar yazdırıblar.

Qadın güləşində Jalə Əliyeva (57 kq) və Günay Qurbanova (59 kq) bürünc medal qazanaraq qitə birinciliyini mükafatçılar sırasında tamamlayıblar.

Beləliklə, Tirana xalçalarında əsl əzmkarlıq nümayiş etdirən Azərbaycan güləşçiləri Vətənə böyük zəfər və zəngin medal ehtiyatı ilə qayıdırlar. Əldə olunan 13 medal Azərbaycanın qitə və dünya idmanındakı güclü mövqeyini bir daha təsdiq edir.

Paylaş:

Xəbər Lenti

Zaretska zirvəyə bir addım daha yaxınlaşdı

18.05.26 | 14:33

Kiçik kəndin böyük nağılı: «Elversberq» bundesliqada!

18.05.26 | 13:35

Aleksey İsayev: 3 klub, 200 oyun!

18.05.26 | 13:45

Ramalingom yubiley qolunu vurdu  

18.05.26 | 13:18

“Mançester Siti”də Qvardiola planı: 2028-ci ilə qədər gizli razılıq!

18.05.26 | 12:23

Naqelsmannın mundial öncəsi qərarı Almaniyanı ikiyə böldü

18.05.26 | 00:31

Joze Mourinyo gələcəyi ilə bağlı nöqtəni qoydu

18.05.26 | 00:36

Ronaldo Çempionlar Liqasının finalında uduzdu

18.05.26 | 00:46

“Sumqayıt”ın məşqçisindən iddialı bəyanat: “Son matçda hədəf “Qarabağ”ı büdrətməkdir”

17.05.26 | 22:00

Emreli meydana girdi və dərhal “fərqləndi”

17.05.26 | 21:01

Vernidubdan avrokubok bəyanatı: “İstəmirəm bir tur oynayıb, məğlub olub qayıdaq!”

17.05.26 | 21:38

Sərbəst güləşçilərimiz Avropa birinciliyini 15 medalla başa vurdu

17.05.26 | 21:48

Dambrauskas: “Məğlub olsaq da, bu gün çempionluğumuzu qeyd edirik!”

17.05.26 | 21:55

Rəşad Sadıqov: “Sabah”ın heyətini görəndə bir az məyus oldum”

17.05.26 | 21:32

“Neftçi” Konfrans Liqasına vəsiqəni təmin etdi

17.05.26 | 21:33

Ülviyyə Fətəliyeva Avropa çempionatının favoritləri sırasındadır

17.05.26 | 15:41

“Sabah”ın sükan arxasına serbiyalı mütəxəssis keçir

17.05.26 | 15:38

Tağızadədə həm qapını qorudu, həm də 2 assist etdi

17.05.26 | 15:50

Şəhriyar Məmmədyarov üçün böyük sınaq

17.05.26 | 15:45

Şotlandiyada 41 illik hegemonluq yenə qaldı

16.05.26 | 23:46