FİFA-dan Xaykinin Norveç millisinə keçidinə “qırmızı işıq”!

10.05.26 | 12:55
Dünya futbolu

“Budo Qlimt”ın qapıçısı, hazırda Norveçin ən yaxşı qolkiperi sayılan Nikita Xaykin milli komanda məsələsində gözlənilməz problemlə üzləşib. Aprel ayında Norveç vətəndaşlığını alan 30 yaşlı qapıçıya FİFA Norveç yığmasında oynamağa icazə vermir.

Dörd ölkənin vətəndaşlığını daşıyan (İsrail, Böyük Britaniya, Rusiya və Norveç) təcrübəli əlcək sahibi, 2019-cu ildən bəri yaşadığı Norveçə qəlbən bağlı olduğunu hər fürsətdə dilə gətirib. Norveçli xanımla ailə quran və dili mükəmməl öyrənən Xaykinin milli arzusunun qarşısında isə iki ciddi sədd var: Rusiya gənclər yığmalarında (U-16 və U-21) keçirdiyi 5 rəsmi oyun və Norveçdəki yaşayış müddətinin FİFA limitlərinə hələlik cavab verməməsi.

NTB xəbər agentliyinin məlumatına görə, FİFA-nın imtinasına səbəb Xaykinin Norveçdəki yaşayış müddətinin federasiya qaydalarına görə hələlik “çox qısa” olmasıdır.

“Biz FİFA ilə dialoqumuzu davam etdiririk. Yekun qərar qəbul edildikdən sonra ictimaiyyətə rəsmi məlumat veriləcək,” — deyə Norveç Futbol Federasiyasının mətbuat katibi Ranqild Ask Konnel bildirib.

Norveç millisinin baş məşqçisi Stole Solbakken Xaykini 11 iyunda start götürəcək mundialda komandasının heyətində görmək istədiyini vurğulayıb. Solbakken Şimali Amerikada keçiriləcək turnir üçün geniş heyəti 11 mayda, yekun siyahını isə 1 iyunda açıqlamalıdır.

İndi bütün diqqətlər federasiyanın FİFA ilə apardığı danışıqların nəticəsinə və Xaykinin mundialda iştirak edib-etməyəcəyinə yönəlib.

Paylaş:

Xəbər Lenti

Naqelsmannın mundial öncəsi qərarı Almaniyanı ikiyə böldü

18.05.26 | 00:31

Joze Mourinyo gələcəyi ilə bağlı nöqtəni qoydu

18.05.26 | 00:36

Ronaldo Çempionlar Liqasının finalında uduzdu

18.05.26 | 00:46

“Sumqayıt”ın məşqçisindən iddialı bəyanat: “Son matçda hədəf “Qarabağ”ı büdrətməkdir”

17.05.26 | 22:00

Emreli meydana girdi və dərhal “fərqləndi”

17.05.26 | 21:01

Vernidubdan avrokubok bəyanatı: “İstəmirəm bir tur oynayıb, məğlub olub qayıdaq!”

17.05.26 | 21:38

Sərbəst güləşçilərimiz Avropa birinciliyini 15 medalla başa vurdu

17.05.26 | 21:48

Dambrauskas: “Məğlub olsaq da, bu gün çempionluğumuzu qeyd edirik!”

17.05.26 | 21:55

Rəşad Sadıqov: “Sabah”ın heyətini görəndə bir az məyus oldum”

17.05.26 | 21:32

“Neftçi” Konfrans Liqasına vəsiqəni təmin etdi

17.05.26 | 21:33

Ülviyyə Fətəliyeva Avropa çempionatının favoritləri sırasındadır

17.05.26 | 15:41

“Sabah”ın sükan arxasına serbiyalı mütəxəssis keçir

17.05.26 | 15:38

Tağızadədə həm qapını qorudu, həm də 2 assist etdi

17.05.26 | 15:50

Şəhriyar Məmmədyarov üçün böyük sınaq

17.05.26 | 15:45

Şotlandiyada 41 illik hegemonluq yenə qaldı

16.05.26 | 23:46

Avropa kubokunda möhtəşəm start

16.05.26 | 23:27

Vinisius şəxsi həyatında məğlub oldu

16.05.26 | 23:19

“Qarabağ” Kiprdə parlayan qolçunu almağa yaxındır 

16.05.26 | 23:10

Qurban Qurbanov: “Futbolçular Azərbaycana gəlmək istəmir”

16.05.26 | 21:16

“Liverpul”da böhran: Salahdan Arne Slota ağır ittihamlar və ÇL həyəcanı

16.05.26 | 21:07