DÇ-2026-nın finalı öncəsi psixoloji müharibə: Laportdan Argentina və hakimə sərt xəbərdarlıq

19.07.26 | 01:27
Dünya futbolu

Dünya çempionatının final fitindən öncə gərginlik pik həddə çatıb. İspaniya millisinin müdafiəçisi Emerik Laport rəqib Argentina və matçın baş hakimi Slavko Vinçiçə ünvanlanan kəskin bəyanatları ilə psixoloji müharibənin startını verib.

Təzyiqi artıran təcrübəli müdafiəçi turnirin favoriti Argentinanı aqressiv oyunda ittiham edərək bunları deyib: “Son matçlarda bizi ciddi şəkildə təəccübləndirən məqamlar oldu. Xüsusilə Argentinanın bəzi kobudluqlarının necə cəzasız qaldığını gördük. Onlar rəqiblərinə qarşı çox sərt oynayırlar”.

Laport ittihamlarla kifayətlənməyərək, İspaniyanın finalda oyun üslubunu dəyişəcəyini və rəqibə eyni şəkildə cavab verəcəyini açıq şəkildə bəyan edib: “Turnirin əvvəlindən bəri kobudluqdan və təhlükəli toqquşmalardan qaçırdıq. Lakin finalda onlara qarşı məhz bu üsulla oynamalıyıq. Çox şey hakimlikdən asılı olacaq”.

Meydandakı nizam-intizama cavabdehlik isə təyinata görə böyük rezonans doğuran Slavko Vinçiçin üzərinə düşəcək. Turnir ərzində (xüsusilə Braziliya – Mərakeş matçında) ciddi səhvlərlə yaddan qalan Vinçiç, FİFA-nın bu qərarından sonra həm ispanların, həm də argentinalıların böyük təzyiqi altında futbol dünyasının ən vacib matçını idarə etməli olacaq.

Paylaş:

Xəbər Lenti

“Real”dan tarixi rekord: Bir mundialda 20-dən çox qol vuran ilk klub!

19.07.26 | 13:02

Bellingem İngiltərə millisinin tarixinə düşdü: Lineker və Keynin rekordu yeniləndi

19.07.26 | 13:14

Mbappe dünya çempionatlarının tarixinə düşdü

19.07.26 | 12:39

Mbappe: “Tarixə düşmək xoşdur, amma mundialın finalını fərdi rekorda dəyişərdim”

19.07.26 | 12:06

Budapeşt turniri: Yunan-roma güləşçilərimiz mübarizəyə qoşulur

19.07.26 | 12:50

“Şafa” heyətini fransalı vingerlə gücləndirdi

19.07.26 | 12:23

FİFA-dan ikili standart qərarı: Argentinanın “malvin” bannerinə yaşıl işıq

19.07.26 | 12:52

İngiltərə 60 illik fasilədən sonra mundialda medal qazandı

19.07.26 | 03:10

Lionel Skaloni: “Maradona üçün darıxdığımız kimi, indi də Messidən zövq almalıyıq”

19.07.26 | 03:41

Luis de la Fuente: “Məni final deyil, vertolyotla qayıtmaq həyəcanlandırır”

19.07.26 | 03:27

DÇ-2026-nın böyük finalı: İspaniya və Argentina Nyu-Yorkda tarix yazmağa hazırlaşır

19.07.26 | 02:00

DÇ-2026-nın finalı öncəsi psixoloji müharibə: Laportdan Argentina və hakimə sərt xəbərdarlıq

19.07.26 | 01:27

Zep Blatterdən FİFA-ya sərt tənqid: “Dünya Çempionatının finalı superboula çevrilir”

19.07.26 | 01:18

Mbappədən emosional vida

19.07.26 | 01:03

FİFA və UEFA arasında “müharibə”: Futbol dünyasını iki yerə bölən VAR qalmaqalı!

19.07.26 | 00:13

Uşaqlıq sevgisindən çempionluq tribunasınadək: Dünya Çempionatının ulduzları və onların xanımları

19.07.26 | 00:49

Aydın Süleymanlı İsveçrədə klassik şahmat üzrə birinci oldu

18.07.26 | 23:06

“Şamaxı” heyətini portuqaliyalı yarımmüdafiəçi ilə gücləndirdi

18.07.26 | 23:11

Cenk Sümer: “90 illiyimizdə yeganə hədəfimiz çempionluqdur”

18.07.26 | 22:22

Yuri Vernidub: “Neftçi”ni daha da gücləndirəcəyik, əsas hədəf Konfrans Liqasının qrupudur”

18.07.26 | 22:51