Mayın 9-10 aralığında Gürcüstanın Qori şəhərində böyüklər arasında cüdo üzrə Avropa Kuboku keçiriləcək. Turnirdə ölkəmizi geniş tərkibli heyətlə təmsil olunacaq.
Yarışa qatılacaq yığmanın heyətdə 20 kişi və 4 qadın təmsilçimiz yer alıb.
Ən diqqətçəkən məqam isə Rio-2016 Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı, təcrübəli cüdoçu Elmar Qasımovun (100 kq) da heyətdə yer almasıdır. Uzun müddətdir idmansevərlərin diqqət mərkəzində olan titullu idmançının Qori tatamilərindəki çıxışı böyük maraqla gözlənilir. Bu turnir həm gənc idmançılar üçün təcrübə toplamaq, həm də təcrübəli cüdoçuların fiziki formasını yoxlamaq üçün mühüm sınaq xarakteri daşıyır.