“Çelsi”nin gənc ulduzu meydanda huşunu itirdi

05.05.26 | 08:13
Dünya futbolu

“Stremford Bridj”də “Çelsi” və “Nottingem Forest” arasında keçirilən qarşılaşma həm meydandakı nəticə, həm də yaşanan dəhşətli anlarla yadda qaldı. “Zadəganlar”ın 18 yaşlı istedadı Cessi Derri rəqiblə toqquşaraq huşunu itirib və təcili xəstəxanaya çatdırılıb.

Matçın gözlənilməz hadisəsi Cessi Derrinin “Çelsi”nin start heyətində yer alması idi. Meydanda fərqlənməyə çalışan yeganə oyunçu olan gənc ingilis üçün gecə faciəvi bitib. Birinci hissənin sonunda cərimə meydançasında hava mübarizəsi zamanı “Nottingem”in müdafiəçisi Zak Ebbott ilə toqquşan Derri ağır zərbə alaraq yerə yıxılıb.

Huşunu itirən futbolçuya ilk tibbi yardımı paramediklər göstərib. Uzun çəkən xilasetmə əməliyyatından sonra 18 yaşlı oyunçu xərəkdə meydandan çıxarılıb. Onun yerinə oyuna Liam Delap daxil olub. Hadisədən dərhal sonra “Çelsi”nin rəsmi açıqlamasında deyilir: “Cessi Derri hazırda xəstəxanadadır və huşu özündədir. Ona tezliklə sağalmağı arzulayırıq və tibbi personala operativ müdaxilə üçün təşəkkür edirik”.

“Nottingem Forest” 3:1 hesablı parlaq qələbə qazansa da, bu üç xal onların Premyer Liqa ilə vidalaşmasına mane ola bilməyəcək. “Çelsi” üçün isə kabus davam edir; ardıcıl 6-cı məğlubiyyətini alan “zadəganlar” turnir cədvəlində 9-cu pilləyə qədər geriləyiblər.

Ev sahibi azarkeşlər üçün gecənin yeganə işıq ucu Joao Pedronun vurduğu qol olub. Braziliyalı hücumçu matçın sonlarında akrobatik tullanışla (“qayçı” zərbəsi ilə) mövsümdəki 15-ci qoluna imza atıb. Lakin bu möhtəşəm qol “Çelsi”ni növbəti rüsvayçı məğlubiyyətdən xilas etməyə yetməyib.

Paylaş:

Xəbər Lenti

Zaretska zirvəyə bir addım daha yaxınlaşdı

18.05.26 | 14:33

Kiçik kəndin böyük nağılı: «Elversberq» bundesliqada!

18.05.26 | 13:35

Aleksey İsayev: 3 klub, 200 oyun!

18.05.26 | 13:45

Ramalingom yubiley qolunu vurdu  

18.05.26 | 13:18

“Mançester Siti”də Qvardiola planı: 2028-ci ilə qədər gizli razılıq!

18.05.26 | 12:23

Naqelsmannın mundial öncəsi qərarı Almaniyanı ikiyə böldü

18.05.26 | 00:31

Joze Mourinyo gələcəyi ilə bağlı nöqtəni qoydu

18.05.26 | 00:36

Ronaldo Çempionlar Liqasının finalında uduzdu

18.05.26 | 00:46

“Sumqayıt”ın məşqçisindən iddialı bəyanat: “Son matçda hədəf “Qarabağ”ı büdrətməkdir”

17.05.26 | 22:00

Emreli meydana girdi və dərhal “fərqləndi”

17.05.26 | 21:01

Vernidubdan avrokubok bəyanatı: “İstəmirəm bir tur oynayıb, məğlub olub qayıdaq!”

17.05.26 | 21:38

Sərbəst güləşçilərimiz Avropa birinciliyini 15 medalla başa vurdu

17.05.26 | 21:48

Dambrauskas: “Məğlub olsaq da, bu gün çempionluğumuzu qeyd edirik!”

17.05.26 | 21:55

Rəşad Sadıqov: “Sabah”ın heyətini görəndə bir az məyus oldum”

17.05.26 | 21:32

“Neftçi” Konfrans Liqasına vəsiqəni təmin etdi

17.05.26 | 21:33

Ülviyyə Fətəliyeva Avropa çempionatının favoritləri sırasındadır

17.05.26 | 15:41

“Sabah”ın sükan arxasına serbiyalı mütəxəssis keçir

17.05.26 | 15:38

Tağızadədə həm qapını qorudu, həm də 2 assist etdi

17.05.26 | 15:50

Şəhriyar Məmmədyarov üçün böyük sınaq

17.05.26 | 15:45

Şotlandiyada 41 illik hegemonluq yenə qaldı

16.05.26 | 23:46