“Bavariya” PSJ önünə baş məşqçisiz çıxır: Kompani cəzalandı, Keyn narahatdır

28.04.26 | 08:01
Dünya futbolu

Münhenin “Bavariya” klubu Çempionlar Liqasının yarımfinal mərhələsi çərçivəsində keçiriləcək mühüm matçda ciddi itki ilə üzləşib. Almaniya nəhəngi çərşənbə axşamı Parisdə turnirin son çempionu PSJ ilə qarşılaşacaq, lakin bu oyunda baş məşqçi Vinsent Kompani texniki zonada yer ala bilməyəcək.

Belçikalı mütəxəssis Çempionlar Liqasının 1/4 finalında “Real”la baş tutan görüşdə hakim qərarına etiraz etdiyi üçün sarı vərəqə alıb. Bu, Kompaninin cari avrokubok mövsümündə (12-ci matçda) aldığı üçüncü xəbərdarlıq olduğu üçün o, qaydalara əsasən bir oyunluq diskvalifikasiya edilib.

Komandanın ulduz hücumçusu və Bundesliqanın bombardiri Harri Keyn baş məşqçinin yoxluğunun komandaya təsir edəcəyini etiraf edib: “Onun məşqçi skamyasında olması bizim üçün vacibdir. O, bizim rəhbərimiz, müəllimimizdir və hər an meydanda yanımızda olmaq istəyir. Əlbəttə ki, onun yoxluğu hiss olunacaq”.

Kompani isə UEFA-nın intizam qaydalarını sərt adlandıraraq, oyun sayının artdığı yeni formatda bu normaların yumşaldılmalı olduğunu bildirib: “Oyunların sayı artıb, lakin qaydalar hər zamankindən daha sərtdir. Hakimlərin fərqli şərhləri bəzən ən kiçik emosiyaya görə sarı vərəqə ilə nəticələnir. Bu vəziyyətdən narazıyam, lakin komandama və köməkçilərimə tam etibar edirəm. İnanıram ki, bu çətinlik futbolçularımı daha da motivasiya edəcək”.

40 yaşlı Kompanini bu qarşılaşmada köməkçisi Aaron Denks əvəz edəcək. 42 yaşlı ingilis mütəxəssis standart vəziyyətlər üzrə ekspert hesab olunur. Denksin baş məşqçi kimi təcrübəsi də var; o, 2022-ci ildə “Aston Villa”da müvəqqəti olaraq baş məşqçi postunu icra edib.

PSJ-nin baş məşqçisi Luis Enrike rəqib həmkarının işini yüksək qiymətləndirdiyini gizlətməyib: ” Kompani top-səviyyəli məşqçidir. “Bavariya” hazırda izləməkdən ən çox zövq aldığım komandalardan biridir. Mən hücum futbolunu sevən məşqçilərə hörmətlə yanaşıram, Kompani də məhz onlardan biridir.”

Xatırladaq ki, cəzalı olduğu üçün Kompaniyə oyun günü “Park de Prens” stadionunun nə paltardəyişmə otağında, nə də texniki zonasında olmağa icazə veriləcək. O, cavab matçında yenidən komandasının başında olacaq.

Paylaş:

Xəbər Lenti

Zaretska zirvəyə bir addım daha yaxınlaşdı

18.05.26 | 14:33

Kiçik kəndin böyük nağılı: «Elversberq» bundesliqada!

18.05.26 | 13:35

Aleksey İsayev: 3 klub, 200 oyun!

18.05.26 | 13:45

Ramalingom yubiley qolunu vurdu  

18.05.26 | 13:18

“Mançester Siti”də Qvardiola planı: 2028-ci ilə qədər gizli razılıq!

18.05.26 | 12:23

Naqelsmannın mundial öncəsi qərarı Almaniyanı ikiyə böldü

18.05.26 | 00:31

Joze Mourinyo gələcəyi ilə bağlı nöqtəni qoydu

18.05.26 | 00:36

Ronaldo Çempionlar Liqasının finalında uduzdu

18.05.26 | 00:46

“Sumqayıt”ın məşqçisindən iddialı bəyanat: “Son matçda hədəf “Qarabağ”ı büdrətməkdir”

17.05.26 | 22:00

Emreli meydana girdi və dərhal “fərqləndi”

17.05.26 | 21:01

Vernidubdan avrokubok bəyanatı: “İstəmirəm bir tur oynayıb, məğlub olub qayıdaq!”

17.05.26 | 21:38

Sərbəst güləşçilərimiz Avropa birinciliyini 15 medalla başa vurdu

17.05.26 | 21:48

Dambrauskas: “Məğlub olsaq da, bu gün çempionluğumuzu qeyd edirik!”

17.05.26 | 21:55

Rəşad Sadıqov: “Sabah”ın heyətini görəndə bir az məyus oldum”

17.05.26 | 21:32

“Neftçi” Konfrans Liqasına vəsiqəni təmin etdi

17.05.26 | 21:33

Ülviyyə Fətəliyeva Avropa çempionatının favoritləri sırasındadır

17.05.26 | 15:41

“Sabah”ın sükan arxasına serbiyalı mütəxəssis keçir

17.05.26 | 15:38

Tağızadədə həm qapını qorudu, həm də 2 assist etdi

17.05.26 | 15:50

Şəhriyar Məmmədyarov üçün böyük sınaq

17.05.26 | 15:45

Şotlandiyada 41 illik hegemonluq yenə qaldı

16.05.26 | 23:46