Aydın Süleymanlı Buxarestdən gümüşlə döndü

11.05.26 | 08:02
Digər növlər

Rumıniyanın paytaxtı Buxarestdə keçirilən sürətli şahmat (rapid) üzrə Qran-Pri turniri başa çatıb. 581 şahmatçının mübarizə apardığı nüfuzlu yarışda Azərbaycanı Rauf Məmmədov və Aydın Süleymanlı təmsil ediblər.

İsveçrə sistemi üzrə 10 turdan ibarət olan turnirdə gənc qrossmeysterimiz Aydın Süleymanlı parlaq çıxış nümayiş etdirib. O, mümkün 10 xaldan 8,5 xal toplayaraq turnirin lideri ilə eyni nəticəni göstərib. Yalnız əlavə göstəricilərə görə qalibdən cüzi fərqlə geri qalan Süleymanlı fəxri kürsünün ikinci pilləsinə yüksəlib.

Turnir təmsilçilərimiz üçün yüksək nəticələrlə yadda qalıb: gümüş medal qazanan Aydın Süleymanlı ilə yanaşı, Rauf Məmmədov da 8 xal toplayaraq yarışı 7-ci pillədə tamamlayıb.

Turnirin qalibi isə Meksika təmsilçisi Xose Eduardo Martinez Alkantara olub.

Qeyd edək ki, 600-ə yaxın iştirakçının qatıldığı belə genişmiqyaslı turnirdə hər iki şahmatçımızın ilk onluqda qərarlaşması ölkə şahmat məktəbinin növbəti uğuru kimi qiymətləndirilir.

Show quoted text

Paylaş:

Xəbər Lenti

Zaretska zirvəyə bir addım daha yaxınlaşdı

18.05.26 | 14:33

Kiçik kəndin böyük nağılı: «Elversberq» bundesliqada!

18.05.26 | 13:35

Aleksey İsayev: 3 klub, 200 oyun!

18.05.26 | 13:45

Ramalingom yubiley qolunu vurdu  

18.05.26 | 13:18

“Mançester Siti”də Qvardiola planı: 2028-ci ilə qədər gizli razılıq!

18.05.26 | 12:23

Naqelsmannın mundial öncəsi qərarı Almaniyanı ikiyə böldü

18.05.26 | 00:31

Joze Mourinyo gələcəyi ilə bağlı nöqtəni qoydu

18.05.26 | 00:36

Ronaldo Çempionlar Liqasının finalında uduzdu

18.05.26 | 00:46

“Sumqayıt”ın məşqçisindən iddialı bəyanat: “Son matçda hədəf “Qarabağ”ı büdrətməkdir”

17.05.26 | 22:00

Emreli meydana girdi və dərhal “fərqləndi”

17.05.26 | 21:01

Vernidubdan avrokubok bəyanatı: “İstəmirəm bir tur oynayıb, məğlub olub qayıdaq!”

17.05.26 | 21:38

Sərbəst güləşçilərimiz Avropa birinciliyini 15 medalla başa vurdu

17.05.26 | 21:48

Dambrauskas: “Məğlub olsaq da, bu gün çempionluğumuzu qeyd edirik!”

17.05.26 | 21:55

Rəşad Sadıqov: “Sabah”ın heyətini görəndə bir az məyus oldum”

17.05.26 | 21:32

“Neftçi” Konfrans Liqasına vəsiqəni təmin etdi

17.05.26 | 21:33

Ülviyyə Fətəliyeva Avropa çempionatının favoritləri sırasındadır

17.05.26 | 15:41

“Sabah”ın sükan arxasına serbiyalı mütəxəssis keçir

17.05.26 | 15:38

Tağızadədə həm qapını qorudu, həm də 2 assist etdi

17.05.26 | 15:50

Şəhriyar Məmmədyarov üçün böyük sınaq

17.05.26 | 15:45

Şotlandiyada 41 illik hegemonluq yenə qaldı

16.05.26 | 23:46