“Araz-Naxçıvan” möcüzə edə bilmədi

07.08.25 | 22:15
Ölkə futbolu

UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin ilk oyununda “Araz-Naxçıvan” öz meydanında Kipr “Omoniya”na məğlub olaraq daha bir mərhələ keçmək şansını çətinləşdirib. Oyunun ilk dəqiqələrindən kiprlilərin həddən artıq intizamlı oynadıqları göründü. Kiiprlilər deməkl olar rəqibə oyun qurmaq imkanı vermədi. “Araz-Naxçıvan” isə “Aris”lə oyundakı kimi mütəşəkkil və mübariz deyildi. Belə vəziyyətdə nəticə özünü gözlətmədi. Hətta ötən oyunlarda komandanın ən yaxşılarından olan Andrade də özünü toparlaya bilmirdi və məhz onun səhv ötürməsi “Araz-Naxçıvan”ın qapısına ilk qola səbəb oldu. Bu qoldan sonra naxçıvanlılar ümumiyyətlə toparlana bilmədilər və tezliklə Louziu dubl etdi.

İkinci hissə də birincidən çox fırqlənmədi. Kiprlilər açıq-aşkar meydan sahiblərindən üstün idi və bu üstünlük daha iki qolla özünü göstərdi. Bununla da Elmar Baxşıyevin yetirmələri çiyinlərindən yuxarı tullanmaq iqtidarında olmadığını göstərdi. Onsuz da bir mərhələ keçməklə çoxlarını təəccübləndirən Naxçıvan klubu ümidləri artırsa da, möcüzə yarada bilmədi. Baxşıyev faktiki olaraq komandanı belə çətin sınağa hazırlaya bilməmişdi. Bununla da ağır ev məğlubiyyəti ikinci oyunu faktiki olaraq turistik səfərə çevrirdi.

UEFA Konfrans Liqas;

3-cü təsnifat mərhələsi, ilk oyun

7 avqust, Bakı. “Dalğa Arena”.

“Araz-Naxçıvan” (Azərbaycan) – “Omoniya” (Azərbaycan) – 

“Araz-Naxçıvan”: Kristian Abraham, Bruno Aleksandre, Bəxtiyar Həsənalızadə, İssuf Paro, Ürfan Abbasov Patrik Andrade, Vanderson Melo, Şarl Boli (Bruno Rodriqes, 25), Felipe Santos, Bar Kohen, Simakala.

“Omoniya”: Fabiano, Kitsos, Senu Kulibali, Villi Semedo, Yovetiç, Evandro, Mariç, Masuras, Panaqiotu, Kussulos, Louziu (Neofitou, 86).

Qol: Louziu, 13 (0:1). Louziu, 22 (0:2). Evandro, 55 (0:3). Jovetiç, 58 (0:4).

Paylaş:

Xəbər Lenti

Ayxan Abbasov San Marino qələbəsindən sonra komandadakı problemləri açıqladı

10.06.26 | 07:21

Millimiz Qırğızıstana uduzdu

09.06.26 | 23:05

“Zirə” Anatoli Nuriyevlə vidalaşdı

09.06.26 | 23:13

Məmmədyarov Erigaisi ilə heç-heçə etdi, Muradlı isə liderdir

09.06.26 | 23:21

“Qarabağ”ın yay hazırlıq planı məlum oldu

09.06.26 | 23:29

Ruy Jorje debüt matçında qələbə qazandı

09.06.26 | 23:54

“Sumqayıt”ın sabiq çalışdırıcısı “Partizan”da

09.06.26 | 23:14

Üç futbolçu paytaxt klubunu tərk etdi

09.06.26 | 17:29

Tovuzlular kapitanla vidalaşdı

09.06.26 | 17:30

Şotlandların qərarı Norveçin baş məşqçisini hövsələdən çıxardı

09.06.26 | 17:52

Xəyal Əliyev  Madridə yollandı

09.06.26 | 16:52

Afrikanın ən yaxşı hakimi ABŞ-a buraxılmadı

09.06.26 | 14:20

TV proqram

09.06.26 | 13:37

DÇ-2026-nın təqvimi

09.06.26 | 13:52

“Şafa” “Sabah”ın sabiq qolkiperi ilə anlaşdı

09.06.26 | 13:52

Roberto Çevoli: “Məqsədimiz Azərbaycanla oyunda maksimum gücümüzü göstərməkdir”

09.06.26 | 12:09

Məmmədyarov uduzdu

09.06.26 | 00:50

Ayxan Abbasovdan sərt tələb: “Klublarında 7-8 dəqiqə oynamaqla kifayətlənməməlidirlər!”

09.06.26 | 00:05

Sumqayıt Konfrans Liqasının oyunlarına hazırlaşır

08.06.26 | 20:33

“Şəfa” yeni mövsümün hazırlıqlarına iyulda başlayacaq

08.06.26 | 20:54