Gürcüstanın Batumi şəhərində keçirilən ağır atletika üzrə Avropa çempionatı başa çatıb. Dörd idmançı ilə təmsil olunan millimiz qitə birinciliyini 17-ci pillədə tamamlayıb.
Çempionatda “milli”nin aktivinə yeganə medalı İsa Rüstəmov yazdırıb. 71 kq çəki dərəcəsində mübarizə aparan atletimiz, birdən qaldırma hərəkətində uğurlu çıxış edərək kiçik gümüş medala sahib çıxıb.
Qazanılan bu nəticə ilə Azərbaycan ümumi medal sıralamasında İspaniya ilə eyni göstəriciyə malik olaraq 17-ci yeri bölüşdürüb. Turnirdə iştirak edən digər üç təmsilçimiz fəxri kürsüyə qalxa bilməsə də, komanda hesabında xal qazanmaq üçün mübarizə aparıblar.