Afrika çempionlarına kurort zonasında torpaq paylandı: Prezidentdən krallara layiq jest

22.01.26 | 19:49
Dünya futbolu

Seneqal Prezidenti Bassiru Diomay Fay Afrika Millətlər Kubokunda qazanılan çempionluq münasibətilə milli komandanın üzvlərini möhtəşəm hədiyyələrlə mükafatlandırıb. Turnirin finalında Seneqal yığması Mərakeş komandasına əlavə vaxtda 1:0 hesabı ilə (əsas vaxt – 0:0) qalib gələrək kuboku başı üzərinə qaldırıb.

Prezident komandanın şərəfinə təşkil olunan mərasimdə futbolçulara xitabən deyib: «Siz intizam və qarşılıqlı hörmət nümayiş etdirərək qalib gəldiniz, kimin şərəfini qoruduğunuzu bir an belə unutmadınız. Mən hər bir “şirə”yə (milli komandanın ləqəbi – “Teranqa Şirləri”) 75 milyon Afrika frankı (təxminən 115 min avro) və “Kiçik Sahil” (Petite-Cote) bölgəsində 1500 kvadratmetr torpaq sahəsi ayırdım».

Mükafatlar kimlər arasında necə bölünüb?

Dövlət başçısı təkcə futbolçuları deyil, bütün nümayəndə heyətini diqqətdə saxlayıb:

Futbolçular: 75 mln frank pul mükafatı və 1500 m² torpaq

Seneqal Futbol Federasiyasının rəsmiləri: 50 mln frank (təxminən 76 min avro) və 1000 m² torpaq;

Nümayəndə heyətinin digər üzvləri: 20 mln frank (təxminən 30,5 min avro) və 500 m² torpaq;

İdman Nazirliyinin əməkdaşları: Onlar üçün ümumilikdə 305 milyon frank (təxminən 465 min avro) məbləğində bonus fondu ayrılıb.Qeyd edək ki, mükafat olaraq verilən torpaq sahələrinin yerləşdiyi “Kiçik Sahil” (Petite-Côte) bölgəsi Seneqalın ən məşhur dənizkənarı kurort zonası hesab olunur.

Paylaş:

Xəbər Lenti

ÇL: Birinci raundun nəticələri

16.07.26 | 08:07

Anje Mutsinzi: “İlk oyundakı böyük hesablı qələbə növbəti mərhələni təmin etmir”

16.07.26 | 01:16

Argentinadan möhtəşəm geri dönüş!

16.07.26 | 01:31

FİFA-dan tarixi qərar: DÇ-2026-nın finalında “müqəddəs qayda” pozula bilər

16.07.26 | 01:20

Harri Keynin uğur sirri: uşaqlıq sevgisi və ən böyük dəstəkçisi

16.07.26 | 00:11

Vüsal İsgəndərlidən komandası rəqibini darmadağın edərək növbəti mərhələyə yüksəldi

16.07.26 | 00:07

Maradonanın ölümü üzrə məhkəmə işində qalmaqal: Vəkillər az qala əlbəyaxa davaya çıxdı

16.07.26 | 00:32

Kollinadan Deşama sərt cavab: “Hakim yarımfinal səviyyəsinə tam layiq idi”

15.07.26 | 23:27

Rəşad Sadıqov: “Mərhələ məsələsini əsas vaxtda həll etmək istəyirik”

15.07.26 | 23:19

Aydın Süleymanlıdan ardıcıl ikinci heç-heçə

15.07.26 | 23:12

Qurban Qurbanov: “Uzun yola və soyuq havaya rəğmən, komandamız tam hazırdır”

15.07.26 | 22:15

“Düşmənimin düşməni dostumdur”: Şotlandlar İngiltərəyə qarşı oyunda niyə Argentinanı seçdi?

15.07.26 | 15:09

DÇ-2026: FİNALIN SON BİLETİ UĞRUNDA NƏHƏNGLƏRİN SAVAŞI!

15.07.26 | 15:49

Luis de la Fuente: “Özümüzü məğlubedilməz hiss edirik”

15.07.26 | 14:52

Azər Məmmədov: “Bəzi mövqeləri gücləndirməliyik, transferlər üzərində işləyirik”

15.07.26 | 14:01

“Sabah”dan növbəti qələbə və ölkə reytinqinə vacib töhfə

15.07.26 | 13:28

“Şamaxı”dan növbəti legioner transferi

15.07.26 | 13:49

Didye Deşamdan tarixi rekord: Dünya çempionatlarında ən çox oyuna çıxan məşqçi!

15.07.26 | 13:05

İspaniya millisindən tarixi Avropa rekordu: Pley-offlarda ardıcıl 8 qələbə

15.07.26 | 12:05

Kreyq Harrison: “İlk qol planlarımızı tamamilə pozdu”

15.07.26 | 12:41