Azərbaycan Basketbol Liqasında (ABL) çempionluq uğrunda mübarizə gərginləşir. Yarımfinal mərhələsinin ikinci oyun günündə “Abşeron Lions” və “Neftçi” kollektivləri üz-üzə gəlib.
Bakı İdman Sarayında baş tutan qarşılaşma gərgin və dramatik mübarizə ilə yadda qalıb. Oyunun ilk periyodundan üstünlüyü ələ alan “şirlər”, matçın sonunda qələbəni bayram ediblər.
Qalib komandanın heyətində Ceyms Freyzer performansı ilə ulduzlaşıb. O, topladığı 27 xalla oyunun ən məhsuldar basketbolçusu olaraq komandasının qələbəsində həlledici rol oynayıb.
“Abşeron Lions” – “Neftçi” 95:89
(30:21, 24:25, 19:27, 22:16)
Xatırladaq ki, yarımfinalın digər ilk görüşündə turnirin favoritlərindən olan “Sabah” “Gəncə”ni böyük hesabla məğlub etmişdi (95:67). Komandalar arasında cavab qarşılaşmaları aprelin 25-26-da keçiriləcək.