Levandovski göz yaşlarını saxlaya bilmədi

27.03.26 | 15:41
Dünya futbolu

DÇ-2026-nın pley-off mərhələsi çərçivəsində Albaniya ilə keçirilən gərgin matç (2:1) Polşa futbolunun canlı əfsanəsi Robert Levandovski üçün emosional zirvə nöqtəsi olub. Matç boyu çox da gözə çarpmayan 37 yaşlı forvard, 63-cü dəqiqədə vurduğu qolla komandasının qələbəsində pay sahibi olub.

Lakin oyunun əsl dramı final fitindən sonra yaşanıb. “Meczyki” nəşrinin obyektivlərinə tuş gələn görüntülərdə Levandovskinin azarkeşlərə təşəkkür edərkən göz yaşlarına hakim ola bilmədiyi aydın görünür. Jurnalist Sebastian Staşevski Robertin “Kadr”dakı gələcəyinin hələlik təhlükədə olmadığını bildirsə də, kapitanın bu reaksiyası onun milli komandanın taleyinə görə nə qədər böyük məsuliyyət və stress hiss etdiyini ortaya qoyur.

Levandovski milli forma ilə statistikalarını yeniləməyə davam edir. O, yığmada 164 oyunda meydana çıxıb və 89 qol vurub. İndi bütün diqqətlər martın 31-nə yönəlib. Həmin gün Polşa millisi DÇ-2026-ya vəsiqə uğrunda pley-off mərhələsinin həlledici finalında İsveçlə qarşılaşacaq. 

Paylaş:

Xəbər Lenti

“Bernabeu”da “klassiko”, Lissabonda intiqam savaşı!

07.04.26 | 14:46

TV PROQRAM

07.04.26 | 11:21

Qurban Qurbanov: “Sanki hakimlər nə edəcəklərini bilmirlər”

07.04.26 | 07:31

“Qarabağ” “Karvan-Yevlax”a 7 qol vurdu

06.04.26 | 20:54

14 şahmatçımız Avropa çempionluğu yolunda

06.04.26 | 13:58

Ağırlıqqaldıranlarımızın qitə çempionatı üçün heyəti bəlli oldu

06.04.26 | 13:14

“Ferentsvaroş” “Qarabağ”ın ulduzuna elçi düşüb

06.04.26 | 13:59

Millimiz Moldovanı məğlub etdi

06.04.26 | 12:36

Ölümdən dönən “Çelsi”nin sabiq ulduzu futbolla vidalaşdı

06.04.26 | 07:13

Saşa İliç: “Mənimlə bağlı qərarı klub rəhbərliyi verəcək”

05.04.26 | 23:33

Yuri Vernidub: “Aprel ayı bizim üçün əsl sınaq olacaq”

05.04.26 | 23:53

Kaxaber Tsxadadze: “İstefa şayiələri komandadakı atmosferi pozur”

05.04.26 | 18:01

Azər Bağırov: “Qarşıdakı oyunlara köklənəcəyik”

05.04.26 | 18:06

Taekvondoçularımız Daşkənd “sınağında”

05.04.26 | 18:54

“Neftçi” Sumqayıtda qələbə qazandı

05.04.26 | 18:51

Məşhur futbolçunu vergi müfəttişlərinə bir kuryer “təslim etdi”

05.04.26 | 16:47

Litmanen yaşıl meydanlara qayıdır: 55 yaşlı əfsanə oğulları ilə eyni komandada!

05.04.26 | 16:11

Nariman Axundzadənin komandası səfərdə qələbə qazanıb

05.04.26 | 16:38

Avropa kubokunda daha bir cüdoçumuz finala yüksəlib

05.04.26 | 16:47

Karlsruedə Rauf Məmmədovdan ardıcıl qələbə

05.04.26 | 16:54