“Sumqayıt” cari mövsümünün ikinci yarısı üçün transfer çalışmalarına start verib. “Kimyaçılar” heyətini milli komandamızın üzvü ilə gücləndirib.
Klubdan verilən məlumata görə, Ukraynanın “Polissya” klubuna məxsus olan Emil Mustafayev mövsümün sonuna qədər icarəyə götürülüb. Bu keçid “Sumqayıt”ın hücum xəttindəki rəqabəti artırmaq və orta sahəni canlandırmaq məqsədi daşıyır.
Ukrayna futbol məktəbinin yetirməsi olan 24 yaşlı yarımmüdafiəçi karyerası ərzində bir neçə tanınmış klubda çıxış edib. Peşəkar karyerasına “Oleksandriya”da başlayan orta sahə oyunçusu, daha sonra Ukraynanın
“Çernomorets” və “Polissya” klublarında çıxış edib. Mustafayev həm Azərbaycanın U-21 və əsas millinin şərəfini qoruyub.