Premyer Liqa təmsilçiləri “Araz-Naxçıvan” və “Qəbələ” yoxlama oyununda qüvvələrini sınayıblar. Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında baş tutan görüş “qırmızı-qaralar”ın minimal hesablı qələbəsi ilə yekunlaşıb. Matçın taleyini həll edən yeganə qolu 38-ci dəqiqədə qanalı Prins Ovusu rəqib qapısından keçirib.
Qeyd edək ki, “Qəbələ” bundan əvvəlki hazırlıq oyununda “Kəpəz”ə 3:1 hesabı ilə qalib gəlmişdi. “Araz-Naxçıvan” isə öz əvəzedici heyətini yeddi cavabsız qolla məğlub etmişdi.