Qvardiola Mançesterdəki biznesini itirdi

14.01.26 | 11:25
Dünya futbolu


“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola futbol meydançasından kənarda böyük uğursuzluqla üzləşib.
The Times nəşrinin verdiyi məlumata görə, mütəxəssis ona məxsus olan “Tast” restoranını itirib. Açılışından 7 il sonra bağlanan məkanın ümumi zərəri təxminən 2 milyon funt sterlinq təşkil edir. Restoranın fəaliyyətini dayandırmasına əsas səbəb kimi “biznesin aparılması üçün müstəsna dərəcədə ağır şərtlər” göstərilir.
Katalon mətbəxinə aid bu restoran təkcə Qvardiolaya deyil, həm də “Mançester Siti”nin icraçı direktoru Ferran Soriano və klubun keçmiş idman direktoru Çiki Beqiristayna məxsus idi.
Məhz bu restoran 2022-ci ildə komandanın ulduzu Erlinq Holandın transferinin qeyd olunduğu məkan kimi tanınırdı.
Səhmdarların investisiyaları hesabına fəaliyyətini birtəhər davam etdirən restoran üçün son qərar 2025-ci ilin dekabr ayının sonunda verilib. Beləliklə, Qvardiolanın Mançesterdəki 7 illik qastronomik layihəsi rəsmən sona çatıb.

Paylaş:

Xəbər Lenti

Xames Rodriges xəstəxanaya yerləşdirilib

03.04.26 | 14:46

Mundialın final matçına biletlərin qiyməti “kosmik” həddə çatdı

03.04.26 | 14:13

“Barselona” – “Real”: 92:12

03.04.26 | 14:24

Mbappedən şok etiraf: “Mən meymun deyiləm!”

03.04.26 | 14:58

AFFA rəhbərindən sərt tələb: “Stadionu olmayan klub Premyer Liqada oynamasın!”

03.04.26 | 14:48

Əvəzedicilər liqasında təqvim dəyişikliyi: Çempionata fasilə verilir

03.04.26 | 12:01

AFFA-nın hesabatı: UEFA ödənişləri və daxili investisiyaların bölgüsü

03.04.26 | 12:12

Milyonların hesabatı: AFFA 2025-ci ildə hara və nə qədər vəsait xərcləyib?

03.04.26 | 12:11

TV PROQRAM

03.04.26 | 06:48

İtaliya futbolunda böhran: Buffon da istefa verdi

03.04.26 | 06:50

Kubokda yarımfinal həyəcanı start götürür!

03.04.26 | 06:19

Yarımfinalın ilk oyunlarını idarə edəcək hakimlər müəyyənləşib

02.04.26 | 14:35

Gənclərmiz üçün Avropa qapıları açılır?

02.04.26 | 14:46

Şafranko və Noqeyra “Qarabağ”la oyunu buraxacaq

02.04.26 | 12:19

Yamal irqçiliyə səssiz qalmadı: “Mən müsəlmanam, əlhəmdülillah!”

02.04.26 | 06:39

İtaliya futbolunun “lənəti”: Balotellinin qolundan sonra kəsilən səda

02.04.26 | 06:32

Özbəkistan və digərləri: DÇ-nin yeni qəhrəmanlarını tanıyaq

02.04.26 | 06:13

Meydanda qələbə, kassada rekord

01.04.26 | 19:14

Meydana qaçmağın bədəli: AFFA “Kəpəz”i bağışlamadı

01.04.26 | 19:00

Millimiz üç pillə irəliləyb

01.04.26 | 18:21