Tarixində ilk dəfə UEFA Çempionlar Liqasının əsas mərhələsində mübarizə aparacaq “Sabah” turnir üçün iştirak ərizəsini qitə futbol qurumuna təqdim edib. Klubun mətbuat xidmətinnin məlumatına görə, sənədə 26 futbolçunun adı daxil edilib. Oyunçulardan 23-ü “A”, 3-ü isə “B” siyahısında yer alıb. Klub rəhbərliyi hələlik iştirak ərizəsində hər hansı dəyişikliyin nəzərdə tutulmadığını bildirib.
“Sabah”ın Çempionlar Liqası heyəti:
Qapıçılar: Amin Ramazanov, Stas Pokatilov, Rauf Əyyubov (B), Rəvan Mirzəmmədov (B)
Müdafiəçilər: Stiv Solve, Aden Makkarti, Rəhman Daşdəmirov, Tellur Mütəllimov, Timoteuş Puxaç, Erivaldo Almeyda, Akim Zedadka
Yarımmüdafiəçilər: Velko Simiç, Yunes Laçaab, Abdulah Xaybulayev, Umarali Raxmonaliyev, Aleksey İsayev, Kahim Perris, İvan Lepinitsa, Rauf Rüstəmli, Rodriqo Fernandes, Cəfər Muxtarov, Şahin İbrahimov (B)
Hücumçular: Kristian Nvaçukvu, Coy-Lens Mikels, Ksander Severina, Orfe Mbina
Azərbaycan çempionu ÇL-in əsas mərhələsi çərçivəsində doğma meydanda “Barselona” (İspaniya), “Borussiya” (Dortmund, Almaniya), “Napoli” (İtaliya) və “Slaviya” (Praqa, Çexiya) klublarını qəbul edəcək, səfərdə isə “Arsenal” (İngiltərə), “Mançester Yunayted” (İngiltərə), “Vilyarreal” (İspaniya) və “Vikinq” (Norveç) ilə üz-üzə gələcək.