Hesab bəlkə də oyunun gerçəkliyini əks etdirmir. Mərakeş böyükgesablı qələbə qazansa da, oyun elə də asan olmadı. İlk yarıda hətta Kanada daha yaxşı oynadı və Mərakeşin qapıçısı tez-tez oyuna qoşulmalı oldu. Hətta 22-ci dəqiqədə zədəyə görə aparıcı oyunçusu olan Saybarinin zədə üzündən meydanı tərk etməsi afrikalıların işini daha da çətinləşdirdi. Belə güman etmək olardı ki, Kanada fürsətdən istifadə edib tarixi uğura imza atacaq. Lakin fasilədə mərakeşlilərin baş məqşçisi Mohamed Uahbi komandasının oyununa lazımi düzəlişlər edə bildi. İkinci hissə tamamilə fərqli keçdi və “Atlas şirləri” üç qol vuraraq 1/4 finala adladı. Kanada isə artıq pley-offa çıxmaqla tarixi uğur qazanmışdı.
Dünya Kuboku, 1/8 final
Kanada – Mərakeş 0:3
Hyuston. “NRG” stadionu. 68777 tamaşaçı.
Hakim: Maykl Oliver (İngiltərə).
Kanada: Krepo, Conston, de Fujrol, Bombito, Lareya (Şaffelberq, 79), Byukenen (Osorio, 87), Siqur (Nelson, 87), Euştakiu, Ahmed (P. Devid, 79), Oluvaseyi (Larin, 63). C. Devid.
Mərakeş: Bunu, Hakimi, Diop (Saadan, 87), Alala, Mazraui, Buaddi (Amrabat, 63), Əl-Aynaui, İbraim Dias, Unai (Əl-Murabet, 87), Ək Hannus (Talbi, 63), Saybari (Rahimi, 22).
Qollar: Unai, 50; 82. Rahimi, 90+8.
Sarı vərəqələr: Alal, 20. Lareya, 40. Hakimi, 40. C. Devid, 43. Unai, 45. Əl Hannus, 45+6. De Fujrol, 49. Larin, 67.