“Qalatasaray”da İkardi düyünü: Torreyranın paylaşımı və 8 milyonluq məhkəmə böhranı

19.06.26 | 22:19
Dünya futbolu

“Qalatasaray”da gələcəyi hələ də qeyri-müəyyən olaraq qalan Mauro İkardi həm transfer danışıqları, həm də şəxsi həyatındakı məhkəmə qalmaqalı ilə gündəmdədir.

“Sarı-qırmızılı” rəhbərliklə argentinalı ulduz arasında müqavilə danışıqları davam edərkən, komanda yoldaşı Lukas Torreyranın sosial media paylaşımı böyük səs-küyə səbəb olub. Uruqvaylı futbolçunun İkardi ilə bərabər fotosunu “Qalır” başlığı ilə paylaşması transferin müsbət yekunlaşdığına dair şayiələri alovlandırıb.

Klub prezidenti Dursun Özbək daha əvvəl verdiyi açıqlamada İkardi və onun meneceri ilə şəxsən görüşdüklərini, rəsmi təklifi təqdim edərək hazırda qarşı tərəfdən cavab gözlədiklərini bildirmişdi. Tərəflər arasındakı gərgin danışıqların əsas səbəbi isə maliyyə və müqavilə müddəti ilə bağlı şərtlərdir. Belə ki, “Qalatasaray” rəhbərliyi argentinalı ulduza bonuslar daxil olmaqla illik 5 milyon avro maaşla “2+1” illik müqavilə təklif etdiyi halda, İkardi rəqəmin minimum 7 milyon avroya qaldırılmasını və daha uzunmüddətli müqavilənin imzalanmasını tələb edir.

Müqavilə böhranı fonunda ulduz hücumçunun Türkiyədəki yaşayış yeri ilə bağlı ciddi hüquqi problem yaranıb. İkardinin Göktürkdə icarəyə götürdüyü lüks villanı müqavilə müddəti bitmədən 4 ay əvvəl tərk etdiyi məlum olub.

İllik icarə haqqı 504 000 dollar olan villanın sahibi, vaxtından əvvəl çıxışa görə ödənilməyən 4 aylıq borcu – 168 000 dolları tələb edib.

Borcun ödənilməməsi səbəbindən ev sahibi İkardiyə qarşı icraat başladsa da, argentinalı futbolçu buna etiraz edib. “Sabah” qəzetinin məlumatına görə, qarşı tərəf etirazın ləğvi üçün İstanbul Asliyə Hüquq Məhkəməsinə müraciət edib və məhkəmə iddianı qəbul edib. Tərəflər arasındakı bu böhranın taleyi qarşıdakı məhkəmə prosesində bəlli olacaq.

Paylaş:

Xəbər Lenti

“Sumqayıt” – “Şamaxı” matçında qalib müəyyənləşmədi

12.09.26 | 22:41

Timoteuş Puxaç: “Mançester Yunayted”lə matçdan sonra Polşa millisindən zəng gəldi”

12.09.26 | 21:22

Ruy Jorje heyəti açıqladı: U-20 millisi Qəbələdə toplanışa yığışır

12.09.26 | 21:36

Budapeştdən iki medal: Məmmədəliyevdən qızıl, Qələndərzadədən bürünc

12.09.26 | 21:04

Amil Ağacanov: “Qələbə qazanmaq üçün xarakter və istək çatmadı”

12.09.26 | 21:54

Azər Məmmədov: “Zaman verilsə, əvvəlki əzəmətli ‘Kəpəz’i geri qaytaracağıq”

12.09.26 | 20:39

Viktor Stina “Kəpəz”ə qələbə qazandırdı

12.09.26 | 20:33

Uesli Sneyder Dünya Çempionatındakı mükafatlarını və medalını hərraca çıxardı

12.09.26 | 03:18

Rişarlison “Tottenhem”dən şikayət etdi: Müqavilənin ləğvi və Braziliyaya dönüş gündəmdə

12.09.26 | 03:34

Mikel Artetanın qeyri-adi metodu: Məşqçi komandasına bilərəkdən “sabotaj” edib

12.09.26 | 03:14

“Dünya Çempionatından imtina etməyi düşünməliyik”: FIFA-nın qeyri-müəyyənliyi İspaniyada gərginlik yaradıb

12.09.26 | 03:37

Tibo Kurtua Belçika millisində oynamaqdan imtina etdi

12.09.26 | 03:10

Müharibə dəhşətindən böyük səhnəyə: Voleybol dünyasının 13 yaşlı nəhəngi

12.09.26 | 02:06

“Vest Hem”in futbolçusunun adı adam oğurluğunda hallanır

12.09.26 | 02:12

Samuel Eto’o ətrafında 578 min avroluq qalmaqal: Gianni Infantino araşdırmanı bloklayır?

12.09.26 | 02:38

“Old Trafford” dərsi: “Sabah” “Slaviya”ya qarşı nəyi dəyişməlidir?

12.09.26 | 01:03

Premyer Liqada 5-ci turun həyəcanı davam edir: Bu gün daha iki oyun keçiriləcək

12.09.26 | 00:14

Mahir Emreli “Rakuv”un ilk qələbəsində meydanda oldu

12.09.26 | 00:35

“Sumqayıt” Burkina Faso millisindən futbolçu transfer etdi

11.09.26 | 23:04

Yuriy Vernidub: “Arxayınlaşmağa haqqımız yoxdur, buraxılan qolların qarşısı alınmalı idi”

11.09.26 | 23:19