DÇ-2026-nın açılış oyununda ev sahibi Kanada Bosniya və Herseqovina səddini keçə bilmədi. Təsnifat mərhələsində İtaliya üzərindəki sensasiyalı qələbəsi ilə diqqət çəkən balkanlılar, ilk dəqiqələrdən meydan sahiblərinə asan təslim olmayacaqlarının mesajını verdilər.
Artıq 3-cü dəqiqədə Memiç cərimə meydançasından təhlükəli zərbə ilə yadda qalsa da, top qapının üstündən keçdi. 21-ci dəqiqədə künc zərbəsindən sonra hava mübarizəsindən qalib ayrılan Lukiç başla topu tora qovuşdurdu. Kanada ilk hissədə 9 künc zərbəsi qazansa da, fasiləyə məğlub yollanıb.
İkinci yarı daha dinamik alındı. 53-cü dəqiqədə Kanadanın sürətli hücumunu Oluvaseyi tamamladı. Ancaq qapıçının çarəsiz qaldığı epizodda Kolaşinaç möcüzəvi şəkildə topa ayaq qoyaraq komandasnı xilas etdi. Nəticədə onun toxunuşundan sonra tirə dəyən top meydanı tərk etdi.
Cəmi bir dəqiqə sonra Bosniya əks-hücumla cavab verdi. Krepo ilə təkbətək qalan Demiroviç zərbə vurmaq əvəzinə qapıçını aldatmağa çalışınca ideal şansı qaçırdı.
Təzyiqi artıran meydan sahibləri 79-cu dəqiqədə istəyinə nail oldu. Cərimə meydançasında ötürmə alan Kayl Larin uzaq küncə güclü və dəqiq zərbə ilə tarazlığı bərpa edti.
Qalan dəqiqələrdə hər iki komandanın cəhdlərinə baxmayaraq, hesab dəyişməydi.
Dünya Çempionatı, final mərhələsi
B qrupu, I tur
Kanada – Bosniya və Herseqovina – 1:1
Qollar: Larin, 79 — Lukiç, 21.
Stadion: “BMO Fild” (Toronto)
Xəbərdarlıqlar: Conston (11), De Fujerol (54) — Demiroviç (45), Lukiç (45+1), Katiç (90+3).
Kanada: Krepo, Larye, Conston, Kornelius, De Fujerol, Euştakiu (Osorio, 90), Kone, Byukenen (Devid, 61), Millar (Şaffelburq, 61), Devid (Ahmed, 61), Oluvaseyi (Larin, 76).
Bosniya və Herseqovina: Vasil, Dediç, Katiç, Muharemoviç, Kolaşinaç (Burniç, 84), Tahiroviç, Başiç (Giqoviç, 62), Memiç (Alaybeqoviç, 74), Bayraktaroviç (Şunyiç, 74), Demiroviç, Lukiç (Bajdar, 62).
Baş hakim: Fakundo Telyo (Argentina)