DÇ-nin açılış matçında ev sahibi Meksika doğma azarkeşləri önündə Cənubi Afrikanı sınağa çəkdi. Gərginliyin, kobud oyunun və qırmızı vərəqələrin damğa vurduğu qarşılaşmada “atsteklər” inamlı qələbə qazanaraq turnirə 3 xalla start veriblər.
Start fitindən dərhal sonra təzyiqi artıran meksikalılar artıq 9-cu dəqiqədə Kinionesin qolu ilə hesabı açdılar. İkinci hissənin əvvəlində Sitolenin qırmızı vərəqə alması isə qonaqların planlarını tamamilə alt-üst etdi. 67-ci dəqiqədə təcrübəli Raul Ximenes fərqi ikiyə çatdıraraq matçın taleyini həll etdi.
Qarşılaşmanın son dəqiqələri isə meydanda əsl “savaş”a çevrildi. Afrikalıların daha bir futbolçu, meydan sahiblərindən isə Montes kobud oyuna meydandan qovuldu. Ümumilikdə baş hakimin tez-tez vərəqələrə müraciət etməsi ilə yadda qalan matçı meydan sahibləri 10, qonaqlar isə 9 nəfərlə başa vurub.
DÇ-2026-nın final mərhələsi
A qrupu, I tur
Meksika – CAR 2:0
Qollar: Kiniones, 9, Raul Ximenes, 67
Stadion: “Atsteka” (Mexiko, Meksika)
Baş hakim: Uilton Sampayo (Braziliya)
Meksika: Ranxel, Alvarado, Vaskes, Qalyardo, Qutyerres (L. Çaves, 66), Kiniones (Veqa, 79), Lira (Alvares, 76), Montes, Reyes, Fidalqo (Mora, 66), R. Ximenes (Qonsales, 76)
CAR: Uilyams, Adams (Zvane, 61), Mbokazi, Modiba (Appollis, 77), Mokoena, Mudau, Okon, Reyners (Makqopa, 77), Sibisi, Sitole, Foster (Mbata, 56)
Sarı vərəqələr: Qutyerres, 23 – Mokoena, 17. Sibisi, 74
Qırmızı vərəqələr: Montes, 92 (kobud oyun) – Sitole, 50 (kobud oyun), Zvane, 84 (kobud oyun)