Məmmədyarov “UzChess Cup”a qələbə ilə başladı

08.06.26 | 13:30
Digər növlər

Özbəkistanın paytaxtı Daşkənddə şahmat üzrə nüfuzlu “UzChess Cup” beynəlxalq turnirinə start verilib. Dünyanın ən güclü qrossmeysterlərinin mübarizə apardığı “Masters” qrupunda millimizin üzvü Şəhriyar Məmmədyarov da çıxış edir.

Təmsilçimiz turnirin açılış turunda Hindistan təmsilçisi Vidit Santoş Qucrati ilə qarşılaşıb. Gərgin idman mübarizəsi şəraitində keçən partiyada üstünlüyü əldə edən təcrübəli şahmatçımız rəqibini məğlub edərək aktivinə ilk xalını yazdırıb.

Bu gün 2-ci turun partiyaları baş tutacaq. Məmmədyarovun budəfəki rəqibi  özbəkistanlı Nodirbek Abdusattorov olacaq.

Turnirin digər əhəmiyyətli mərhələsi olan “Challenge” bölməsində isə daha iki qrossmeysterimiz – Eltac Səfərli və Məhəmməd Muradlı mübarizə aparırlar. Onların yer aldığı qrupda ilk turun oyunlarına bu gün start veriləcək.

Qeyd edək ki, dairəvi sistem üzrə keçirilən və iyunun 15-nə qədər davam edəcək turnirin ümumi mükafat fondu 121 min 500 dollar təşkil edir.

Paylaş:

Xəbər Lenti

Ayxan Abbasov San Marino qələbəsindən sonra komandadakı problemləri açıqladı

10.06.26 | 07:21

Millimiz Qırğızıstana uduzdu

09.06.26 | 23:05

“Zirə” Anatoli Nuriyevlə vidalaşdı

09.06.26 | 23:13

Məmmədyarov Erigaisi ilə heç-heçə etdi, Muradlı isə liderdir

09.06.26 | 23:21

“Qarabağ”ın yay hazırlıq planı məlum oldu

09.06.26 | 23:29

Ruy Jorje debüt matçında qələbə qazandı

09.06.26 | 23:54

“Sumqayıt”ın sabiq çalışdırıcısı “Partizan”da

09.06.26 | 23:14

Üç futbolçu paytaxt klubunu tərk etdi

09.06.26 | 17:29

Tovuzlular kapitanla vidalaşdı

09.06.26 | 17:30

Şotlandların qərarı Norveçin baş məşqçisini hövsələdən çıxardı

09.06.26 | 17:52

Xəyal Əliyev  Madridə yollandı

09.06.26 | 16:52

Afrikanın ən yaxşı hakimi ABŞ-a buraxılmadı

09.06.26 | 14:20

TV proqram

09.06.26 | 13:37

DÇ-2026-nın təqvimi

09.06.26 | 13:52

“Şafa” “Sabah”ın sabiq qolkiperi ilə anlaşdı

09.06.26 | 13:52

Roberto Çevoli: “Məqsədimiz Azərbaycanla oyunda maksimum gücümüzü göstərməkdir”

09.06.26 | 12:09

Məmmədyarov uduzdu

09.06.26 | 00:50

Ayxan Abbasovdan sərt tələb: “Klublarında 7-8 dəqiqə oynamaqla kifayətlənməməlidirlər!”

09.06.26 | 00:05

Sumqayıt Konfrans Liqasının oyunlarına hazırlaşır

08.06.26 | 20:33

“Şəfa” yeni mövsümün hazırlıqlarına iyulda başlayacaq

08.06.26 | 20:54