Bu gün kişi voleybolçulardan ibarət millimiz Avropa Liqasında mübarizəyə başlayır. Baş məşqçi Boris Qrebennikovun rəhbərlik etdiyi yığmamız İsveçdə keçirilən turnirin start görüşündə Yunanıstan seçməsi ilə üz-üzə gələcək.
Bakı vaxtı ilə saat 18:00-da start götürəcək qarşılaşmada millinin heyətində bu voleybolçular yer alıb: Vüqar Bayramov, Andrey Melnikov, Cavid Əzimov, Zamiq Mayılov, Ruslan Əliyev, Həsən Tağızadə, Mərdan Məmmədov, Yeqor Nikulenko, Əlihüseyn Məmmədov, Ramazan Ağabəyov, Roman Qurski, Əmirmehdi Ablou, Asif Əliyev və Nihad Qasımov.
Qeyd edək ki, yığmamız növbəti oyunlarını iyunun 7-də İsveç, 12-də Rumıniya, 13-də İspaniya, 19-da Macarıstan və 21-də Portuqaliya seçmələrinə qarşı keçirəcək.