«Araz-Naxçıvan» klubu heyətində ayrılıq baş verib. Naxçıvan təmsilçisindən verilən məlumata görə, məşqçi Əfran İsmayılov öz istəyi ilə klubdan ayrılıb. Rəhbərlik 3 mövsüm ərzində komandada fəaliyyət göstərən mütəxəssisin istefa ərizəsini müsbət cavablandırıb və onun qərarına hörmətlə yanaşıb.