Futbol üzrə I Liqada 25-ci turun növbəti oyunları baş tutub. İkinci oyun günündə keçirilən üç qarşılaşma turnir cədvəlidəki tarazlığı dəyişib, xüsusilə çempionluq yarışı yeni mərhələyə qədəm qoyub.
Günün diqqət mərkəzində olan matçda lider “Şəfa” səfərdə “Difai”nin qonağı olub. Qələbə qazanacağı təqdirdə sona iki tur qalmış həm çempionluğu, həm də Premyer Liqaya vəsiqəni rəsmiləşdirəcək paytaxt təmsilçisi bu şansı əldən verib. Qolsuz bərabərliklə bitən oyun liderin xal itkisi ilə nəticələnib.
Təqibçi “Səbail” isə bu fürsətdən maksimum yararlanıb. Zaqatala səfərində yerli komandaya aman verməyən “dənizçilər” 3 cavabsız qolla inamlı qələbə qazanaraq liderlə aradakı xal fərqini 5-ə endiriblər. Günün digər qarşılaşmasında isə “Şimal” və “MOİK” hərəyə bir qol və bir xalla kifayətləniblər:
“Şimal” – MOİK 1:1
“Difai” – “Şəfa” 0:0
“Zaqatala” – “Səbail” 0:3
25-ci tura sabah keçiriləcək oyunlarla yekun vurulacaq.Hazırda komandalar cədvəldə aşağıdakı ardıcıllıqla qərarlaşıb: 1. Şəfa – 54, 2. Səbail – 49, 3. ASTA Mingəçevir – 45, 4. Bakı Sportinq – 42, 5. Şahdağ Qusar – 41, 6. MOİK – 30, 7. Zaqatala – 25, 8. Cəbrayıl – 24, 9. Şimal. 17, 10. Difai – 15