Türkiyənin İstanbul şəhərində keçirilən cüdo üzrə gənclər arasında Avropa Kuboku başa çatıb. Turnirin son günündə milli komandamız aktivinə daha 4 medal (1 gümüş, 3 bürünc) yazdıraraq yarışı uğurla yekunlaşdırıb.
+100 kq çəki dərəcəsində mübarizə aparan Ramazan Əhmədov gümüş medalla kifayətlənməli olub. Komandamızın digər üzvləri – Aslan Kotsoyev (90 kq), Aysun Məmmədova (52 kq) və Xədicə Qadaşova (57 kq) isə təsəlliverici görüşlərdə əzmkar qələbə qazanaraq aktivimizə bürünc medalları yazdırıblar.
Beləliklə, Azərbaycan yığması İstanbul turnirini ümumilikdə 7 medalla (1 qızıl, 1 gümüş, 5 bürünc) başa vurub. Bu göstərici ilə cüdoçularımız 27 ölkə arasında ümumi komanda hesabında 5-ci pillədə qərarlaşıblar. Xüsusilə kişi cüdoçulardan ibarət komandamız yüksək performans nümayiş etdirərək öz qrupunda ilk üçlüyü tamamlayıb.