Sinenkonun yoxluğunun səbəbi zədə deyil

30.04.26 | 13:26
Ölkə futbolu

Premyer Liqanın son üç turunda “İmişli”nin heyətində görünməyən belaruslu qolkiper Andrey Sinenko ilə bağlı maraqlı məqamlar üzə çıxıb.

Klubun rəsmi açıqlamasında qapıçının bud əzələsindən zədə aldığı bildirilsə də, əslində legioner futbolçunun klub rəhbərliyinin cəzalandırıldığı məlum olub. Məhz bu səbəbdən Sinenko çempionatın son üç turunda iştirak ərizəsinə daxil edilməyib.

İnsayder məlumatlarına görə, qolkiperin cəzalandırılmasına onun özbaşına şəkildə digər klublarla transfer danışıqlarına başlaması səbəb olub.  Mövsüm sonu müqaviləsi bitəcək belaruslu qolkiperin meneceri vasitəsilə yeni klub axtarışına çıxdığı məlum olub. İddialara görə, Sinenko danışıqlar prosesində ‘İmişli’dəki mövcud şərait və daxili nizam-intizam qaydaları haqqında mənfi rəylər səsləndirərək klubun nüfuzuna kölgə salıb. Bu davranışlar klub rəhbərliyi tərəfindən qeyri-etik qiymətləndirilib və oyunçunun əsas komandadan uzaqlaşdırılmasına qərar verilib. Mövcud vəziyyəti nəzərə alsaq, Sinenko üçün mövsümün vaxtından əvvəl bitdiyini və onun bir daha “İmişli” formasını geyinməyəcəyini ehtimal etmək olar.

Paylaş:

Xəbər Lenti

Naqelsmannın mundial öncəsi qərarı Almaniyanı ikiyə böldü

18.05.26 | 00:31

Joze Mourinyo gələcəyi ilə bağlı nöqtəni qoydu

18.05.26 | 00:36

Ronaldo Çempionlar Liqasının finalında uduzdu

18.05.26 | 00:46

“Sumqayıt”ın məşqçisindən iddialı bəyanat: “Son matçda hədəf “Qarabağ”ı büdrətməkdir”

17.05.26 | 22:00

Emreli meydana girdi və dərhal “fərqləndi”

17.05.26 | 21:01

Vernidubdan avrokubok bəyanatı: “İstəmirəm bir tur oynayıb, məğlub olub qayıdaq!”

17.05.26 | 21:38

Sərbəst güləşçilərimiz Avropa birinciliyini 15 medalla başa vurdu

17.05.26 | 21:48

Dambrauskas: “Məğlub olsaq da, bu gün çempionluğumuzu qeyd edirik!”

17.05.26 | 21:55

Rəşad Sadıqov: “Sabah”ın heyətini görəndə bir az məyus oldum”

17.05.26 | 21:32

“Neftçi” Konfrans Liqasına vəsiqəni təmin etdi

17.05.26 | 21:33

Ülviyyə Fətəliyeva Avropa çempionatının favoritləri sırasındadır

17.05.26 | 15:41

“Sabah”ın sükan arxasına serbiyalı mütəxəssis keçir

17.05.26 | 15:38

Tağızadədə həm qapını qorudu, həm də 2 assist etdi

17.05.26 | 15:50

Şəhriyar Məmmədyarov üçün böyük sınaq

17.05.26 | 15:45

Şotlandiyada 41 illik hegemonluq yenə qaldı

16.05.26 | 23:46

Avropa kubokunda möhtəşəm start

16.05.26 | 23:27

Vinisius şəxsi həyatında məğlub oldu

16.05.26 | 23:19

“Qarabağ” Kiprdə parlayan qolçunu almağa yaxındır 

16.05.26 | 23:10

Qurban Qurbanov: “Futbolçular Azərbaycana gəlmək istəmir”

16.05.26 | 21:16

“Liverpul”da böhran: Salahdan Arne Slota ağır ittihamlar və ÇL həyəcanı

16.05.26 | 21:07