Rəşad Sadıqov: “Finalda rəqib seçmirəm”

21.04.26 | 23:06
Ölkə futbolu

Ölkə kubokunun yarımfinal mərhələsinin cavab görüşündə “Turan-Tovuz”la qolsuz bərabərliyə imza atan “Zirə”, ilk matçdakı üstünlüyünü qoruyaraq adını finala yazdırıb. Oyundan sonra keçirilən mətbuat konfransında “qartallar”ın baş məşqçisi Rəşad Sadıqov həm matçın texniki tərəflərini şərh edib, həm də son vaxtlar ətrafında yaranmış gərginlik və hakim qərarları ilə bağlı iddialara aydınlıq gətirib.

Görüşün olduqca ağır keçdiyini bildirən mütəxəssis, futbolçularının nümayiş etdirdiyi mübarizədən razı qalıb: “Gözlədiyimiz kimi, çox gərgin matç alındı. Hətta deyərdim ki, bu il keçirdiyimiz ən çətin oyun idi. 60-65-ci dəqiqəyə qədər meydanda bərabər səviyyəli mübarizə gedirdi. Lakin sonradan rəqib riskə getdi, biz isə müdafiədən oynamağa başladıq. Futbolçularımı təbrik edirəm, layiqincə vuruşub finala vəsiqə qazandılar”.

Son həftələrin əsas müzakirə mövzusu olan hakim səhvlərinə toxunan Sadıqov, epizodlara peşəkar yanaşmağın tərəfdarı olduğunu qeyd edib. O, ilk oyundakı penaltilərin düzgün qərar olduğunu vurğlayıb: “Bəzən rəqiblərin iradları haqlı olur, bunu anlayırıq. Lakin bəzən bu, hakimlərə təzyiq vasitəsi kimi istifadə olunur. İlk oyundakı epizodlara gəlincə, referilər bizə hər iki vəziyyətin penalti olduğunu izah etdilər. Məsələn, “İmişli” – “Qəbələ” matçında da oxşar vəziyyət yaşandı. Bizim çempionatda eyni epizoda müxtəlif zamanlarda fərqli şərhlər verilir, bu da işimizi çətinləşdirir”.

Tovuzlu azarkeşlərin ona qarşı səsləndirdiyi şüarlar barədə danışan Sadıqov, bu vəziyyətin onu üzdüyünü gizlətməyib: “Tovuz mənim evimdir, futbolda ilk addımlarımı orada atmışam. Eşitdiyimə görə, azarkeşlər guya mənim başqa oyunda “Turan-Tovuz”un qapısına təyin olunan penaltiyə sevindiyimi düşünüblər. Bu, qətiyyən həqiqət deyil. Mən həmin oyunda rəhbərliyə də dedim ki, o penalti səhv idi. Kimlərsə azarkeşləri mənə qarşı qızışdırıb. Həmişə legionerlərimə Tovuzun mənim üçün doğma olduğunu və oradakı azarkeşlərin özəlliyini danışıram”.

Finaldakı rəqib seçiminə gəlincə, Sadıqov yumoristik şəkildə bildirib: “Oradakı cütlükdən kimisə arzulamaq çətindir. “Qarabağ” təcrübəsi ilə, “Sabah” isə builki çempionluq hədəfləri ilə seçilir. Kim gəlirsə-gəlsin, finalın ab-havası tam fərqli olacaq və hər iki komanda kubok üçün sonadək mübarizə aparacaq”.

Elvin Cəfərquliyevin əvəzedici heyətə göndərilməsi və yerli oyunçuların intizamı barədə danışan Sadıqov, futbolçuların uğuru düzgün idarə etməli olduğunu bildirib: “Hər bir futbolçunun karyerasında səhvlər ola bilər, məndə də olub. Amma Çempionlar Liqasında matçın ən yaxşısı seçilmək asan iş deyil. Əsas məsələ o uğuru daşıya bilmək və balansı qorumaqdır. Əks halda fəsadlar qaçılmazdır”.

Paylaş:

Xəbər Lenti

Cəfərov və Qurbanov xalçaya qızıl medal üçün çıxacaqlar

21.04.26 | 23:26

Yunis Hüseynov hakimlikdən gileyləndi: “VAR bizə gələndə baxırlar, rəqibə yox!”

21.04.26 | 23:49

Rəşad Sadıqov: “Finalda rəqib seçmirəm”

21.04.26 | 23:06

“Zirə” adını finala yazdırdı

21.04.26 | 19:11

Neymar və “Santos” tərəfdarları arasında gərginlik pik həddə: “Cəhənnəm olun!”

21.04.26 | 17:57

Azarkeşlərin meydan “sevdası” klubları ziyana saldı

21.04.26 | 17:53

Paytaxt derbisinin bədəli ağır oldu

21.04.26 | 17:54

Tiranada üç güləşçimiz finalın bir addımlığında!

21.04.26 | 17:47

Sinxron üzgüçülük üzrə milliyə yeni baş məşqçi gətirildi

21.04.26 | 15:04

Holand: “Sevgilim meydandakı mübarizələri xoşlamır”

21.04.26 | 13:45

Ağır atletimiz Avropa çempionatında debüt etdi

21.04.26 | 13:01

TV proqram

21.04.26 | 12:15

İsgəndərov Dünya Kubokuna qələbə ilə başladı

21.04.26 | 11:31

Mikelsin qayıdışı sual altındadır

21.04.26 | 11:58

Bu gün 8 güləşçimiz xalça üzərinə çıxacaq

21.04.26 | 11:14

Kristian Kostin “Neftçi”dən gedir

20.04.26 | 23:31

U-17 millimiz Qazaxıstandakı turnirə hazırlaşır

20.04.26 | 23:34

“Zirə”dən Premyer Liqada 100-cü heç-heçə

20.04.26 | 23:36

Nicat Abasov: “İki şahmatçımızın fəxri kürsüdə yer alması ölkəmizin böyük uğurudur”

20.04.26 | 23:46

Tiranada start: Yunan-roma güləşçilərimizdən ikisi yarımfinala yüksəldi

20.04.26 | 23:50