Slovakiya səfəri öncəsi şok: Rumıniya millisi baş məşqçisiz qalıb

29.03.26 | 17:09
Dünya futbolu

Rumıniya yığmasının baş məşqçisi Mirça Luçesku Slovakiya ilə keçiriləcək yoldaşlıq oyunu öncəsi məşq zamanı qəfil pisləşib. 80 yaşlı mütəxəssisə təcili tibbi yardım göstərilib və o, dərhal xəstəxanaya çatdırılıb.

Məlumata görə, təcrübəli mütəxəssis texniki toplantı zamanı huşunu itirib. Rumıniya Futbol Federasiyasının (FRF) nümayəndələri və yerli mətbuat (GSP) hadisənin ürəktutma ehtimalı ilə bağlı olduğunu bildirir. Federasiyanın rəsmi bəyanatında deyilir: “Slovakiya səfəri öncəsi son məşq prosesində baş məşqçi Mirça Luçeskunun vəziyyəti qəfil pisləşib. Milli komandanın tibbi heyəti tərəfindən yerindəcə ilkin yardım göstərilib. Çağırış əsasında təlim-məşq bazasına gələn iki təcili yardım briqadasının operativ müdaxiləsi nəticəsində məşqçinin vəziyyətini stabilləşdirmək mümkün olub”.

Hazırda Luçeskunun vəziyyətinin stabil olduğu bildirilsə də, tibbi protokollara uyğun olaraq o, paytaxt xəstəxanalarından birində ciddi müayinə altına alınıb. Federasiya hər hansı bir riski istisna etmək üçün mütəxəssisin həkim nəzarətində qalacağını vurğulayıb.

Martın 31-nə planlaşdırılan yoldaşlıq oyunu üçün Rumıniya millisi bu axşam Slovakiyaya yola düşür. Mövcud vəziyyəti nəzərə alaraq, 80 yaşlı baş məşqçinin komanda ilə birlikdə səfərə çıxmayacağı dəqiqləşib.Qeyd edək ki, “Şaxtyor”, “Zenit”, “İnter” kimi nəhəng klubların keçmiş çalışdırıcısı bu ilin yanvar ayında da qrip fəsadlarından sonra yaranan ürək problemləri səbəbindən təcili hospitalizasiya olunmuşdu.

Paylaş:

Xəbər Lenti

Avstriya İordaniyaya üzərində qələbə qazandı

17.06.26 | 09:34

Messi 3 qolla tarixi rekorda çatdı

17.06.26 | 07:52

Norveç İraq üzərində böyük hesablı qələbə qazandı

17.06.26 | 07:57

Alfonso Dominqesdən minimum bürünc

17.06.26 | 07:19

Seneqal Fransaya ikinci hissədə təslim oldu

16.06.26 | 23:28

Alfonso Dominqesdən minimum bürünc

16.06.26 | 23:43

Püşk “Qarabağ”a İslandiya klubunu rəqib seçdi

16.06.26 | 23:14

“Zirə”nin Konfrans Liqasındakı  rəqibi bəlli oldu: “Qartallar” Gürcüstan təmsilçisi ilə qarşılaşacaq

16.06.26 | 23:30

Çempionlar Liqasında püşk atıldı: “Sabah” Uels klubu ilə qatşılaşacaq

16.06.26 | 18:02

Messinin DÇ-2026-dakı “təvazökar” sığınacağı: BILD Argentina düşərgəsinin sirlərini açır

16.06.26 | 17:58

Memonun vida göz yaşları: “Milli komandasız bir karyera təsəvvür edə bilmirəm”

16.06.26 | 17:28

İspanlar çıxılmaz vəziyyətdə: “Bu, tarixi bir uğursuzluqdur!”

16.06.26 | 17:06

Koreya millisində media böhranı: Jurnalistlərin ehtiyatsızlığı komandanı ayağa qaldırdı

16.06.26 | 17:12

“Araz-Naxçıvan” Cavid Hüseynova tapşırıldı

16.06.26 | 16:59

Yubilyar haqqında düşüncələr

16.06.26 | 16:34

Aldanmış Kəvakib

16.06.26 | 14:01

Sabri Lamuşi mundial tarixinə düşdü: Cəmi bir oyundan sonra..

16.06.26 | 11:48

“Bavariya”nın əfsanəsi Mehmet Şollun evinə basqın olub

16.06.26 | 11:39

“Sabah” Patrik Mbinanın transfer hüquqlarına sahib oldu

16.06.26 | 11:50

Qismət Alıyev gələcək karyerası ilə bağlı yekun qərarını verdi

16.06.26 | 11:53