96 forma və iki ən uğursuz seçim

13.06.26 | 11:46
Dünya futbolu

Dünya Çempionatı tarixində ilk dəfə 48 komandanın iştirak etməsi, ümumilikdə 96 fərqli formanın təqdim olunması deməkdir. Lakin “The Athletic” nəşrinin jurnalistləri bütün bu rəngarəngliyin içindən turnirin ən bərbad iki formasını seçiblər. Siyahının lideri İsveçrə, ikinci pillədəki “sürpriz” isə Xorvatiyadır.

İsveçrə: “Yol tənzimləyicisi” formalı dizayn

İsveçrə millisinin həm ev, həm də səfər formaları kəskin tənqid hədəfinə çevrilib. Nəşrin ekspertləri komandanın səfər formasını belə şərh ediblər: “İsveçrənin hər iki formasının ölkə pasportundan ilhamlandığı deyilir. Bu onsuz da qəribə ideyadır, amma formaya baxanda adama elə gəlir ki, pasportların ekran rəng balansı korlanıb. Bu elə bir dəhşətli rəngdir ki, onu yalnız məktəb qarşısında uşaqların yolu keçməsinə kömək edən tənzimləyicilərin əynində görmək olar. Hətta onların da daha yaxşı forma tələb etmək hüququ var”.

Xorvatiya: İkonik şahmat lövhəsinin uğursuz eksperimenti

Siyahının ikinci pilləsi hər kəs üçün gözlənilməz olub. Çünki Xorvatiya millisi adətən turnirlərin ən estetik formalarına sahib olur. Lakin bu dəfə “Nike” şirkətinin yaradıcılıq cəhdi iflasa uğrayıb: “Eksperiment istəyini anlamaq olar, lakin Xorvatiyanın ikonik şahmat lövhəsi naxışı ilə oynamaq böyük riskdir və təəssüf ki, dizaynerlər bu dəfə balansı tamamilə pozublar. Damalar həddindən artıq kiçikdir, ortadakı o qəribə ağ zolaq isə elə təəssürat yaradır ki, sanki kimsə formanı telefonda redaktə etmək istəyib, yarıya çatanda bezib və eləcə ağ rənglə boyayıb keçib. Qətiyyən alınmayıb”.

Paylaş:

Xəbər Lenti

“Qarabağ” heyətini yeni futbolçu ilə gücləndirməyə yaxındır.

13.06.26 | 12:14

96 forma və iki ən uğursuz seçim

13.06.26 | 11:46

İngiltərə millisi oğurluq qurbanı oldu!

13.06.26 | 11:45

Kilian Mbappe: “Mənim üçün əsas hədəf rekord yox, dünya çempionluğudur”

13.06.26 | 11:16

Şəhriyar qalib gəldi, Məhəmməd liderliyini davam etdirir!

13.06.26 | 10:23

“Sabah” müdafiə xəttini braziliyalı ilə gücləndirdi

13.06.26 | 10:48

ABŞ DÇ-yə fırtına kimi başladı

13.06.26 | 09:27

Bosniya və Herseqovina ev sahibindən xal qopardı

13.06.26 | 08:54

Lamin Yamalın tez sağalmasının sirri bəlli oldu

12.06.26 | 17:47

Səkkiz matçlıq məğlubiyyətsizlik seriyası, yoxsa “vizit kartı” bərabərlik olan Bosniya?

12.06.26 | 17:36

“Qarabağ” gənc qapıçısı ilə yollarını ayırdı

12.06.26 | 17:45

TV PROQRAM

12.06.26 | 17:39

“Kəpəz”də yeni baş məşqçi

12.06.26 | 16:57

A qrupunun ikinci oyunu: Cənubi Koreya Çexiyanı məğlub etdi

12.06.26 | 07:01

Mundialın açılış matçına qırmızı vərəqələr damğa vurdu

12.06.26 | 07:33

Lamin Yamal qayıtdı!

12.06.26 | 07:01

Dünya Çempionatı başladı: “Atsteka”da möhtəşəm açılış!  

11.06.26 | 23:50

FİFA prezidenti nə qədər qazanır?

11.06.26 | 23:08

Millilərimizin rəqibləri bəlli oldu

11.06.26 | 23:18

Məmmədyarov mövqeyini itirir, Muradlı isə liderliyini qoruyur

11.06.26 | 23:44