Vinisius şəxsi həyatında məğlub oldu

16.05.26 | 23:19
Dünya futbolu

“Real”ın braziliyalı superulduzu Vinisius Juniorun işləri təkcə yaşıl meydanlarda deyil, şəxsi həyatında da tərs getməyə başlayıb. Madrid klubunun qol silahı uzun müddətdir sevgi yaşadığı məşhur sahibkar və fenomen Virciniya Fonseka ilə yollarını tamamilə ayırıb. Ayrılıq iddiaları böyük səs-küy yaratsa da, çox keçmədən cütlük “Instagram” hesablarında etdikləri rəsmi paylaşımla bu şok xəbəri təsdiqləyib.

Sosial şəbəkələri alt-üst edən ayrılıq xəbərini cütlük birgə çəkilmiş qara-ağ fotoları ilə elan edib. İzləyicilərini şoka salan bu paylaşımda 27 yaşlı Virciniya Fonseka münasibətin bitmə səbəbinə eyham vuraraq, prinsiplərindən geri addım atmayacağını bildirib: “Həyatım boyu mənim üçün müzakirə mövzusu belə ola bilməyəcək prinsiplərimdən heç vaxt güzəştə getməməyi öyrəndim. Hər zaman qorxmadan, hesab-kitab aparmadan və özüm olmaqdan vaz keçmədən, hisslərimi dürüst və sonuna qədər yaşamağa icazə verdim”.

“Real” 25 yaşlı vingeri Vinisius Junior da paylaşımın altında münasibətlərin bitdiyini təsdiqləyən geniş mətn yayımlayıb.  Qeyd edək ki, “Instagram”da 58 milyondan çox izləyicisi olan braziliyalı-amerikalı teleaparıcı və bloqer Fonseka ilə Vinisius Juniorun münasibətləri birmənalı keçməyib. Cütlük daha əvvəl də münasibətlərində ciddi böhran yaşamış, hətta “Vini” sevgilisindən sosial media vasitəsilə ictimaiyyət qarşısında üzr istəmişdi. Lakin bu dəfə cütlük yollarını qəti olaraq ayırmaq qərarına gəlib.

Paylaş:

Xəbər Lenti

Ramalingom yubiley qolunu vurdu  

18.05.26 | 13:18

“Mançester Siti”də Qvardiola planı: 2028-ci ilə qədər gizli razılıq!

18.05.26 | 12:23

Naqelsmannın mundial öncəsi qərarı Almaniyanı ikiyə böldü

18.05.26 | 00:31

Joze Mourinyo gələcəyi ilə bağlı nöqtəni qoydu

18.05.26 | 00:36

Ronaldo Çempionlar Liqasının finalında uduzdu

18.05.26 | 00:46

“Sumqayıt”ın məşqçisindən iddialı bəyanat: “Son matçda hədəf “Qarabağ”ı büdrətməkdir”

17.05.26 | 22:00

Emreli meydana girdi və dərhal “fərqləndi”

17.05.26 | 21:01

Vernidubdan avrokubok bəyanatı: “İstəmirəm bir tur oynayıb, məğlub olub qayıdaq!”

17.05.26 | 21:38

Sərbəst güləşçilərimiz Avropa birinciliyini 15 medalla başa vurdu

17.05.26 | 21:48

Dambrauskas: “Məğlub olsaq da, bu gün çempionluğumuzu qeyd edirik!”

17.05.26 | 21:55

Rəşad Sadıqov: “Sabah”ın heyətini görəndə bir az məyus oldum”

17.05.26 | 21:32

“Neftçi” Konfrans Liqasına vəsiqəni təmin etdi

17.05.26 | 21:33

Ülviyyə Fətəliyeva Avropa çempionatının favoritləri sırasındadır

17.05.26 | 15:41

“Sabah”ın sükan arxasına serbiyalı mütəxəssis keçir

17.05.26 | 15:38

Tağızadədə həm qapını qorudu, həm də 2 assist etdi

17.05.26 | 15:50

Şəhriyar Məmmədyarov üçün böyük sınaq

17.05.26 | 15:45

Şotlandiyada 41 illik hegemonluq yenə qaldı

16.05.26 | 23:46

Avropa kubokunda möhtəşəm start

16.05.26 | 23:27

Vinisius şəxsi həyatında məğlub oldu

16.05.26 | 23:19

“Qarabağ” Kiprdə parlayan qolçunu almağa yaxındır 

16.05.26 | 23:10