Vinçentso Montella: “Özümü bir çoxlarından daha çox türk hiss edirəm”

19.06.26 | 14:01
Dünya futbolu

Türkiyə milli komandasının baş məşqçisi Vinçentso Montella DÇ-2026-nın qrup mərhələsində Paraqvayla keçiriləcək oyun öncəsi mətbuat konfransında tənqidlərə sərt cavab verib. San-Fransiskodakı “Bay Area” stadionunda baş tutan konfransda 52 yaşlı italyan mütəxəssis komandadakı atmosfer, tənqidlər və rəqib barədə danışıb.

Avstraliya ilə ilk oyundakı məğlubiyyətdən sonra gələn tənqidlərin həddindən artıq sərt olduğunu bildirən Montella komandanı qorumağa çalışıb: “Daha yaxşı oynamalı olduğumuzu bilirəm, amma bir həqiqəti də vurğulamalıyam: mən özümü bu xaosu yaradan və onu bəsləyən bir çox insandan daha çox türk hiss edirəm! Mənimki mətbuat otaqlarında sadəcə bəlağətli sözlər demək deyil. Bəziləri qəsdən qarışıqlıq yaratmaq istəyir. Yaşıma görə bu tənqidlər mənə təsir etmir, amma 20 yaşlı gənc futbolçularımı incidirlər. Bu komanda son 3 ildə böyük uğurlara imza atıb və daha çox hörmətə layiqdir. Bir məğlubiyyətə görə hər şeyi alt-üst etmək olmaz”.

Növbəti rəqibləri olan Paraqvay millisini analiz edən baş məşqçi komandanın güclü tərəflərini qeyd edib: “Paraqvay fiziki cəhətdən çox güclü, emosional və xarakterli komandadır. Seçmə mərhələdə Braziliya ilə eyni xal topladıblar. Onların çox xarizmatik və qol vurmağı bacaran hücumçuları var. Rəqibə böyük hörmətlə yanaşırıq. İlk oyuna görə heç bir futbolçunu cəzalandırmadıq. Heyətdə dəyişiklik olarsa, bu, yalnız növbəti matçın taktikası və strategiyası ilə bağlı olacaq”.

Montella ilk oyunda çoxlu qol epizodu yaratdıqlarını, lakin son zərbələrdə dəqiqliyin çatışmadığını vurğulayıb: “Avstraliya ilə oyunda 30-a yaxın qol vəziyyəti yaratdıq. Rəqib 10 nəfərlə müdafiə olunanda bunu yarmaq çətindir, uzaqdan zərbələr endirməli idik, lakin bunu daha keyfiyyətli edə bilərdik. Arizona düşərgəsində isə resurslar yaxşı olsa da, dəhşətli səhradır istisində demək olar ki, “qovrulurduq”. San-Fransiskonun sərin iqlimi bizə müsbət təsir etdi”.

Türk xalqının emosionallığına toxunan Montella, hər iki halda balansı qorumağın vacibliyini qeyd edib: “Tarixi uğurlar qazananda da özümü göylərlə aparmıram. Vəzifəm həm yaxşı, həm də pis gündə balansı qorumaqdır. Əgər sabah Paraqvayı məğlub etsək, hamı yenə “biz dünya çempionu olmalıyıq” deməyə başlayacaq, buna əminəm. Bu, türk xalqının xarakteridir”.

Ötən gün 52 yaşı tamam olan mütəxəssis futbolçularından yeganə hədiyyə gözlədiyini gizlətməyib: “Ötən il Avropa çempionatının açılışında futbolçularım mənə qələbə hədiyyə etmişdi. Ümid edirəm ki, sabahkı matçda da onlardan ən gözəl ad günü hədiyyəsini – qələbəni alacağam. Türkiyədəki hər kəsi sevindirmək və qürurlandırmaq üçün əlimizdə olan bütün enerji və resurslardan istifadə edəcəyik”.

Paylaş:

Xəbər Lenti

Emin Kürdov: “Minimum hədəfimiz pley-offa yüksəlməkdir”

19.06.26 | 16:21

Səbail”in yeni baş məşqçisi müəyyənləşdi

19.06.26 | 16:33

“Kəpəz”də büdcə böhranı: Arif Əsədov təklifi rədd etdi

19.06.26 | 15:41

Millimizin DÇ-2028-dəki rəqibləri bəlli oldu

19.06.26 | 15:17

“Araz-Naxçıvan” xorvatiyalı müdafiəçi ilə anlaşıb

19.06.26 | 15:28

Montelladan radikal qərar: Barış Alper və Zeki Çelik ehtiyatda qaldı

19.06.26 | 14:57

Vinçentso Montella: “Özümü bir çoxlarından daha çox türk hiss edirəm”

19.06.26 | 14:01

Messinin fərqli rəngli butslarının sirri açıldı

19.06.26 | 13:52

Hakimi məhkəmə önünə çıxacaq: Mbappe şahid qismində dindiriləcək

19.06.26 | 13:37

„Qarabağ“ın Avstriyadakı yoldaşlıq oyunu ləğv edildi

19.06.26 | 13:44

„Şamaxı“ heyətini portuqaliyalı müdafiəçi ilə gücləndirir

19.06.26 | 12:18

Meksika pley-off-u təmin etdi

19.06.26 | 08:06

TV PROQRAM

19.06.26 | 00:50

Tarixi oyun, tarixi jest: Əfsanəvi Kollina Kovaç üçün görünməmiş hədiyyə hazırladı

19.06.26 | 00:31

Qətər 9 oyunçu ilə darmadağın oldu

19.06.26 | 00:03

Neymarın zədəsi tam sağalmayıb: Haiti ilə oyunuda buraxacaq

19.06.26 | 00:42

Avtoqraf istəyən cani və itirilmiş gözlər: Yoan Vissanın dəhşətli hekayəsi

18.06.26 | 23:02

İsveçrə Bosniyanı son 15 dəqiqədə tar-mar etdi

18.06.26 | 23:04

“Qarabağ”ın yetirməsi legioner həyatı yaşayacaq: Yeni klubu bəlli oldu

18.06.26 | 23:50

“Zirə” Avrokubok oyunlarına Bakıda və Boluda hazırlaşır

18.06.26 | 20:31