Bu gün Avropa Liqasında finalçılar bəlli olacaq. Azarkeşləri dramatik dönüşlər və gərgin mübarizə vəd edən iki möhtəşəm qarşılaşma gözləyir.
Günün əsas diqqət mərkəzində “Villa Park”da baş tutacaq İngiltərə derbisidir. İlk matçda səfərdə minimal hesabla uduzan Unay Emerinin yetirmələri, doğma divarlar arasında bu fərqi aradan qaldırmağa və finala yüksəlməyə çalışacaqlar. “Nottingem” isə ilk oyundakı üstünlüyünü qoruyaraq qitə səhnəsində yeni bir tarix yazmaq niyyətindədir. Birmingemdə bizi gərgin və emosional 90 dəqiqə gözləyir.
Günün digər qarşılaşmasında Almaniya təmsilçisi “Frayburq” Portuqaliyadakı məğlubiyyətin (1:2) revanşını almağa çalışacaq. Səfərdə vurulan bir qol almanların ümidlərini qorusa da, “Braqa”nın sürətli əks-hücum taktikası ev sahibi üçün ciddi təhlükə vəd edir. Final biletinin taleyi Frayburqdakı hər bir hücumdan asılı olacaq.
Avropa Liqası, 1/2 final (cavab oyunları)
7 may
23:00 Aston Villa (İngitərə) – Nottingem (İngitərə)
İlk oyun: 0:1
Canlı yayım: İctimai TV, TRT 1
23:00 Frayburq (Almaniya) – Braqa (Portuqaliya)
İlk oyun: 1:2