Qadın voleybolçulardan ibarət “Turan” daxili heyət islahatlarına start verib. Yüksək Liqanın son çempionu baş məşqçisi Ziya Rəcəbovla əməkdaşlığın müddətini uzadıb.
Klubdan verilən məlumata görə, mütəxəssislə əldə olunan razılığa əsasən, o, növbəti mövsümdə də bölgə təmsilçisinin sükanı arxasında olacaq. Xatırladaq ki, “Turan” ötən mövsüm məhz Rəcəbovun rəhbərliyi altında ölkə çempionatının qızıl medallarına sahib çıxıb.
Qeyd edək ki, Ziya Rəcəbov klub fəaliyyəti ilə yanaşı, həm də qadın voleybolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Faiq Qarayevin köməkçisi vəzifəsini icra edir.