“Sabah”ın baş məşqçisi: “Hakimlik də futbolla paralel inkişaf etməlidir”

23.04.26 | 06:42
Ölkə futbolu

Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab qarşılaşmasında “Qarabağ” üzərində qazanılan dramatik qələbədən (2:1) sonra “Sabah”ın baş məşqçisi Valdas Dambrauskas mətbuat konfransında oyunla bağlı fikirlərini bölüşüb.

Litvalı mütəxəssis ilk növbədə komandasını və tərəfdarlarını təbrik edərək qələbənin emosional tərəfinə toxunub: “Bütün “Sabah” ailəsini təbrik edirəm. Bu qələbəni bizi bir an belə tək qoymayan azarkeşlərimizə həsr edirəm. Bu gün meydanda əsl dram yaşandı, hər iki komanda bərabərsəviyyəli mübarizə apardı. Maksimum gücümüzü ortaya qoymağa çalışdıq”.

Dambrauskas oyunun gedişatını təhlil edərək, buraxılan qoldan sonra komandanın göstərdiyi iradəni xüsusi qeyd edib: “Birinci hissədə topa nəzarət bəzən rəqibin tərəfinə keçirdi. Buraxdığımız qol oyunun qırılma nöqtəsi ola bilərdi. “Qarabağ” azlıqda qalmasına baxmayaraq, çox keyfiyyətli futbol nümayiş etdirdi. Lakin biz sona qədər mübarizə apardıq, təslim olmadıq və məhz bu əzm sayəsində qələbə qazandıq”.

Matçın sonundakı mübahisəli epizodlar və qırmızı vərəqə ilə bağlı sualları cavablandıran baş məşqçi, hakim qərarlarına bir qədər tənqidi yanaşıb: “Hakimlərin işini şərh etməyi sevmirəm, lakin bəzi epizodlara planşetdə yenidən baxdım. Əgər Azərbaycan futbolunun səviyyəsinin qalxmasını istəyiriksə, hakimlik də buna paralel inkişaf etməlidi. Bir çox ölkədə işləmişəm, lakin hakim qərarlarının bu qədər çox müzakirə olunduğu ikinci yer görməmişəm. Hər həftə eyni mövzular danışılır. Bəzən eyni tip epizodlara fərqli qərarlar verilir ki, bu da suallar doğurur”.

Finaldakı rəqib “Zirə” ilə oyun barədə danışan mütəxəssis, mövsüm boyu qazanılan üstünlüyün finalda əhəmiyyət kəsb etmədiyini vurğulayıb: “Final bir oyundan ibarətdir və mən karyeram boyunca asan keçən final görməmişəm. Kimin güclü olduğunu həmin gün meydan göstərəcək. Bəli, finala yüksəlmişik, amma bu hələ heç nə demək deyil. Bizim üçün əsas olan finala çıxmaq yox, titulu qazanmaqdır. Qarşıda hələ görüləcək çox işimiz var”.

Paylaş:

Xəbər Lenti

“Qəbələ” Adriel Ba Lua ilə yollarını ayırdı

10.06.26 | 13:17

Mourinyonun “Real”a dönüşü: “Sabun operası” yoxsa böyük qələbə?

10.06.26 | 13:36

DÇ ərəfəsində gərginlik: Etirazçılar «Azteka» stadionuna gedən yolu bağlayıblar

10.06.26 | 13:34

«Turan-Tovuz» yay transfer pəncərəsinin ilk imzasını atıb

10.06.26 | 13:36

Ayxan Abbasov San Marino qələbəsindən sonra komandadakı problemləri açıqladı

10.06.26 | 07:21

Millimiz Qırğızıstana uduzdu

09.06.26 | 23:05

“Zirə” Anatoli Nuriyevlə vidalaşdı

09.06.26 | 23:13

Məmmədyarov Erigaisi ilə heç-heçə etdi, Muradlı isə liderdir

09.06.26 | 23:21

“Qarabağ”ın yay hazırlıq planı məlum oldu

09.06.26 | 23:29

Ruy Jorje debüt matçında qələbə qazandı

09.06.26 | 23:54

“Sumqayıt”ın sabiq çalışdırıcısı “Partizan”da

09.06.26 | 23:14

Üç futbolçu paytaxt klubunu tərk etdi

09.06.26 | 17:29

Tovuzlular kapitanla vidalaşdı

09.06.26 | 17:30

Şotlandların qərarı Norveçin baş məşqçisini hövsələdən çıxardı

09.06.26 | 17:52

Xəyal Əliyev  Madridə yollandı

09.06.26 | 16:52

Afrikanın ən yaxşı hakimi ABŞ-a buraxılmadı

09.06.26 | 14:20

TV proqram

09.06.26 | 13:37

DÇ-2026-nın təqvimi

09.06.26 | 13:52

“Şafa” “Sabah”ın sabiq qolkiperi ilə anlaşdı

09.06.26 | 13:52

Roberto Çevoli: “Məqsədimiz Azərbaycanla oyunda maksimum gücümüzü göstərməkdir”

09.06.26 | 12:09