“Qəbələ” klubu kot-d’ivuarli yarımmüdafiəçisi Adriel Ba Lua ilə vidalaşıb. Klubun rəsmi məlumatına görə, futbolçu ilə bağlanan müqavilənin müddəti başa çatıb və tərəflər əməkdaşlığı davam etdirməmək barədə ortaq qərara gəliblər.
2025-ci ilin yayından bölgə təmsilçisinin şərəfini qoruyan 29 yaşlı legioner, “qırmızı-qaralar”ın heyətində keçirdiyi 35 rəsmi matçda 4 qol və 11 məhsuldar ötürmə ilə yadda qalıb. Ba Lua bu oyunların 30-nu Premyer Liqada (4 qol), 4-nü ölkə kubokunda, 1-ni isə pley-off mərhələsində keçirib.