Qurban Qurbanov: “Juninyonun qayıtması çətin məsələdir”

05.05.26 | 07:04
Ölkə futbolu

Premyer Liqanın XXX turunda doğma meydanda “Turan-Tovuz”u 2:1 hesabı ilə məğlub edən “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov oyunsonrası mətbuat konfransında maraqlı açıqlamalarla çıxış edib.

Qələbəni şərh edən mütəxəssis, sıx qrafikə rəğmən futbolçuların xarakter nümayiş etdirdiyini bildirib: “Futbolçularımı təbrik edirəm. Oyunumuz çox ağır və sıx qrafikdə keçir, lakin sona qədər mübarizədən qopmadıq. Bu qələbə bizim üçün çox vacib idi”.

Mütəxəssis matçda zədələnən Musa Qurbanlının vəziyyətinə də aydınlıq gətirib. O, gənc hücumçunun dizində xroniki ağrıların olduğunu və dəqiq diaqnozun sabah bilinəcəyini vurğulayıb. Qurbanov, buraxılan qolda qapıçı Mateuş Koxalskinin rəqib zərbəsini kifayət qədər ciddi qəbul etmədiyini, lakin rəqibin də keyfiyyətli zərbə endirdiyini qeyd edib.

Uzun müddətdir şans qazanmayan Ramil Şeydayevin meydana daxil olmasına toxunan baş məşqçi, onun işgüzarlığını yüksək qiymətləndirib: “Ramil hər zaman məşqlərdə ən yaxşılardan olur. Bu gün onun son dəqiqələrdəki əzmkar oyununa ehtiyacımız var idi”.

Braziliyalı hücumçunun geri dönüşü barədə danışan mütəxəssis, bunun maliyyə səbəblərindən çətin olduğunu vurğulayıb: “Juninyonun Meksikadan qayıtma ehtimalı aşağıdır, çünki orada kifayət qədər pullu çempionat var. Amma belə bir fürsət yaransa, əlbəttə ki, buna ‘yox’ demərəm”. Qurbanov həmçinin yerli bazarı da diqqətdə saxladıqlarını, lakin maraq dairəsində olan legionerlərin hazırda digər klublarla müqaviləli olduqlarını qeyd edib.

Gələcək mövsüm üçün avrokubok hədəflərindən danışan Qurbanov, Konfrans Liqasından ziyadə daha nüfuzlu turnirlərdə oynamağa üstünlük verdiklərini bildirib: “Azarkeşlər hər zaman böyük turnirləri, Avropa Liqası və Çempionlar Liqasını görmək istəyir. Biz də böyümək üçün məhz həmin səviyyələrdə olmalıyıq. Futbolda heç nəyə zəmanət yoxdur, lakin biz hər zaman ən yaxşısını istəyirik”.

Sonda mütəxəssis bu ilki çempionatın gözlədiyindən daha gərgin və keyfiyyətli keçdiyini, bu səbəbdən yayda hər xəttə yeni oyunçuların cəlb olunmasının vacibliyini vurğulayıb.

Paylaş:

Xəbər Lenti

Naqelsmannın mundial öncəsi qərarı Almaniyanı ikiyə böldü

18.05.26 | 00:31

Joze Mourinyo gələcəyi ilə bağlı nöqtəni qoydu

18.05.26 | 00:36

Ronaldo Çempionlar Liqasının finalında uduzdu

18.05.26 | 00:46

“Sumqayıt”ın məşqçisindən iddialı bəyanat: “Son matçda hədəf “Qarabağ”ı büdrətməkdir”

17.05.26 | 22:00

Emreli meydana girdi və dərhal “fərqləndi”

17.05.26 | 21:01

Vernidubdan avrokubok bəyanatı: “İstəmirəm bir tur oynayıb, məğlub olub qayıdaq!”

17.05.26 | 21:38

Sərbəst güləşçilərimiz Avropa birinciliyini 15 medalla başa vurdu

17.05.26 | 21:48

Dambrauskas: “Məğlub olsaq da, bu gün çempionluğumuzu qeyd edirik!”

17.05.26 | 21:55

Rəşad Sadıqov: “Sabah”ın heyətini görəndə bir az məyus oldum”

17.05.26 | 21:32

“Neftçi” Konfrans Liqasına vəsiqəni təmin etdi

17.05.26 | 21:33

Ülviyyə Fətəliyeva Avropa çempionatının favoritləri sırasındadır

17.05.26 | 15:41

“Sabah”ın sükan arxasına serbiyalı mütəxəssis keçir

17.05.26 | 15:38

Tağızadədə həm qapını qorudu, həm də 2 assist etdi

17.05.26 | 15:50

Şəhriyar Məmmədyarov üçün böyük sınaq

17.05.26 | 15:45

Şotlandiyada 41 illik hegemonluq yenə qaldı

16.05.26 | 23:46

Avropa kubokunda möhtəşəm start

16.05.26 | 23:27

Vinisius şəxsi həyatında məğlub oldu

16.05.26 | 23:19

“Qarabağ” Kiprdə parlayan qolçunu almağa yaxındır 

16.05.26 | 23:10

Qurban Qurbanov: “Futbolçular Azərbaycana gəlmək istəmir”

16.05.26 | 21:16

“Liverpul”da böhran: Salahdan Arne Slota ağır ittihamlar və ÇL həyəcanı

16.05.26 | 21:07