Qurban Qurbanov ilk transferini etdi: “7 nömrə”nin yeni sahibi bəlli oldu

18.05.26 | 19:52
Ölkə futbolu

2026/2027-ci illər mövsümü üçün transfer çalışmalarına start verən “Qarabağ” ilk rəsmi müqaviləni imzalayıb. Ağdam təmsilçisi fransalı vinger Jali Muaddibi heyətinə qatıb.

Klubun rəsmi saytının yaydığı məlumata görə, 25 yaşlı hücumameyilli yarımmüdafiəçi ilə 3 illik sözləşmə imzalanıb. Bu gün tibbi müayinədən uğurla keçən fransalı oyunçu 2029-cu ilin yayına qədər “köhlən atlar”ın uğurları üçün tər tökəcək. Yeni transferin komandada hansı nömrə altında çıxış edəcəyi də dəqiqləşib, Belə ki, o, “Qarabağ”da 7 nömrəli formanı geyinəcək.

Jali Muaddibin son klubu Kiprin “Omoniya” (Aradipou) klubu olub. Karyerası ərzində Fransada “Lill” və “Anje”nin B komandalarının, həmçinin “Avranş”ın şərəfini qoruyan vinger, Rumıniyada “Botoşani” klubunda da legioner həyatı yaşayıb. 25 yaşlı futbolçu zamanında Fransanın U-19 milli komandasına da cəlb olunub.

Paylaş:

Xəbər Lenti

Qurban Qurbanov ilk transferini etdi: “7 nömrə”nin yeni sahibi bəlli oldu

18.05.26 | 19:52

“Qarabağ”ın Avropa Liqasındakı potensial rəqibləri bəlli olur

18.05.26 | 18:47

Qrizmann “Atletiko” ilə vidalaşdı: “Böyük bir səhv etdiyimi anladım”

18.05.26 | 15:55

Zaretska zirvəyə bir addım daha yaxınlaşdı

18.05.26 | 14:33

Kiçik kəndin böyük nağılı: «Elversberq» bundesliqada!

18.05.26 | 13:35

Aleksey İsayev: 3 klub, 200 oyun!

18.05.26 | 13:45

Ramalingom yubiley qolunu vurdu  

18.05.26 | 13:18

“Mançester Siti”də Qvardiola planı: 2028-ci ilə qədər gizli razılıq!

18.05.26 | 12:23

Naqelsmannın mundial öncəsi qərarı Almaniyanı ikiyə böldü

18.05.26 | 00:31

Joze Mourinyo gələcəyi ilə bağlı nöqtəni qoydu

18.05.26 | 00:36

Ronaldo Çempionlar Liqasının finalında uduzdu

18.05.26 | 00:46

“Sumqayıt”ın məşqçisindən iddialı bəyanat: “Son matçda hədəf “Qarabağ”ı büdrətməkdir”

17.05.26 | 22:00

Emreli meydana girdi və dərhal “fərqləndi”

17.05.26 | 21:01

Vernidubdan avrokubok bəyanatı: “İstəmirəm bir tur oynayıb, məğlub olub qayıdaq!”

17.05.26 | 21:38

Sərbəst güləşçilərimiz Avropa birinciliyini 15 medalla başa vurdu

17.05.26 | 21:48

Dambrauskas: “Məğlub olsaq da, bu gün çempionluğumuzu qeyd edirik!”

17.05.26 | 21:55

Rəşad Sadıqov: “Sabah”ın heyətini görəndə bir az məyus oldum”

17.05.26 | 21:32

“Neftçi” Konfrans Liqasına vəsiqəni təmin etdi

17.05.26 | 21:33

Ülviyyə Fətəliyeva Avropa çempionatının favoritləri sırasındadır

17.05.26 | 15:41

“Sabah”ın sükan arxasına serbiyalı mütəxəssis keçir

17.05.26 | 15:38