“Qarabağ” yeni avrokubok mövsümünə Avropa Liqasında start verəcək. “Köhlən atlılar” turnirə 1-ci təsnifat mərhələsindən qoşulacaqlar. Püşkatma zamanı Ağdam təmsilçisi reytinqinə görə səpələnmişlər səbətində yer alacaq və bu, komandamıza kağız üzərində daha zəif rəqiblərlə qarşılaşmaq üstünlüyü verəcək.
Hazırda turnirin bu mərhələsində “Qarabağ”ın 8 potensial rəqibindən 5-i artıq dəqiqləşib. Səpələnməmişlər sırasına düşən həmin klublar növbəti komandalardır: “Voyvodina” (Serbiya), “Universitatya Kluj” (Rumıniya), “Aluminiy” (Sloveniya), “Derri Siti” (İrlandiya), “Vestri” (İslandiya).
Digər tərəfdən, “Hammarbyu” (İsveç) və “Jilina” (Slovakiya) klublarının, eləcə də İsrail, Ukrayna, Bolqarıstan və Moldova kuboklarının qaliblərinin püşk zamanı hansı səbətdə qərarlaşacağı hələlik qeyri-müəyyəndir. Bu komandaların mövqeyi digər çempionatlardakı yekun nəticələrdən sonra aydınlaşacaq.
Avropa Liqasının 1-ci təsnifat mərhələsinin püşkatma mərasimi iyunun 16-da baş tutacaq. Bu raundun ilk oyunları iyulun 9-da, cavab qarşılaşmaları isə iyulun 16-da keçiriləcək.v