“Qarabağ” Kiprdə parlayan qolçunu almağa yaxındır 

16.05.26 | 23:10
Ölkə futbolu

“Qarabağ” transfer bazarında növbəti gedişini etməyə hazırlaşır. Ağdam təmsilçisi İsveçin “Yurqorden” klubunda müqavilə ilə məxsus olan Zakariya Savonun keçidini həll etmək üzrədir. İsveçin nüfuzlu “Sportbladet” nəşrinin yaydığı eksklüziv məlumata görə, hazırda icarə əsasında Kiprin “AEL” klubunda çıxış edən 24 yaşlı hücumçunun növbəti dayanacağı böyük ehtimalla məhz “Qarabağ” olacaq. Kipr çempionatındakı parlaq oyunu ilə diqqət çəkən isveçli forvard üçün Ağdam klubu artıq “Yurqorden” rəhbərliyinə rəsmi və ilkin təklifini göndərib.

Mənbənin bildirdiyinə görə, klublar arasında aparılan danışıqlar artıq yekun, həlledici mərhələyə qədəm qoyub. Əgər son anda hər hansı bir fors-major hal yaşanmasa, “Qarabağ” transfer reallaşdırmaq və gələn həftə ərzində bu keçidi rəsmən elan etmək niyyətindədir.

Zakariya Savonun karyerası son bir ildə kifayət qədər maraqlı süjet xətti ilə yadda qalıb. Ötən il digər Kipr təmsilçisi “Aris”dən böyük ümidlərlə “Yurqorden”ə transfer olunan futbolçunun İsveçdəki karyerası uğursuz alınıb. “Göylər”in heyətində meydana çıxdığı 18 rəsmi oyunda cəmi 1 qolla yadda qalan hücumçu ötən ilin dekabrında “AEL”ə icarəyə verilib.Məhz bu gediş onun karyerasında əsl dönüş nöqtəsi olub. Cəmi 4 ay yarım ərzində rəqib qapılarına 9 qol vuran Savo, Kiprdə böyük səs-küy salaraq transfer bazarının aktiv fiqurlarından birinə çevrilib. Hazırda “AEL” də isveçli forvardın transfer hüquqlarını birdəfəlik almaq üçün dəridən-gabıqdan çıxır. Lakin “Sportbladet” vurğulayır ki, Kipr klubunun bu istəyi qarşısında ciddi bir maneə var – “Qarabağ”. “Köhlən atların” rəsmi təkliflə dövrəyə girməsi və daha iddialı layihə təqdim etməsi, ağdamlıları bu transfer yarışında açıq-aşkar bir addım öndə çıxarır.

Paylaş:

Xəbər Lenti

Ramalingom yubiley qolunu vurdu  

18.05.26 | 13:18

“Mançester Siti”də Qvardiola planı: 2028-ci ilə qədər gizli razılıq!

18.05.26 | 12:23

Naqelsmannın mundial öncəsi qərarı Almaniyanı ikiyə böldü

18.05.26 | 00:31

Joze Mourinyo gələcəyi ilə bağlı nöqtəni qoydu

18.05.26 | 00:36

Ronaldo Çempionlar Liqasının finalında uduzdu

18.05.26 | 00:46

“Sumqayıt”ın məşqçisindən iddialı bəyanat: “Son matçda hədəf “Qarabağ”ı büdrətməkdir”

17.05.26 | 22:00

Emreli meydana girdi və dərhal “fərqləndi”

17.05.26 | 21:01

Vernidubdan avrokubok bəyanatı: “İstəmirəm bir tur oynayıb, məğlub olub qayıdaq!”

17.05.26 | 21:38

Sərbəst güləşçilərimiz Avropa birinciliyini 15 medalla başa vurdu

17.05.26 | 21:48

Dambrauskas: “Məğlub olsaq da, bu gün çempionluğumuzu qeyd edirik!”

17.05.26 | 21:55

Rəşad Sadıqov: “Sabah”ın heyətini görəndə bir az məyus oldum”

17.05.26 | 21:32

“Neftçi” Konfrans Liqasına vəsiqəni təmin etdi

17.05.26 | 21:33

Ülviyyə Fətəliyeva Avropa çempionatının favoritləri sırasındadır

17.05.26 | 15:41

“Sabah”ın sükan arxasına serbiyalı mütəxəssis keçir

17.05.26 | 15:38

Tağızadədə həm qapını qorudu, həm də 2 assist etdi

17.05.26 | 15:50

Şəhriyar Məmmədyarov üçün böyük sınaq

17.05.26 | 15:45

Şotlandiyada 41 illik hegemonluq yenə qaldı

16.05.26 | 23:46

Avropa kubokunda möhtəşəm start

16.05.26 | 23:27

Vinisius şəxsi həyatında məğlub oldu

16.05.26 | 23:19

“Qarabağ” Kiprdə parlayan qolçunu almağa yaxındır 

16.05.26 | 23:10