Azərbaycan Premyer Liqasının yeni mövsümünün püşkatma mərasimi keçirilib. 12 komandanın mübarizə aparacağı çempionat 3 dövrədən ibarət olacaq.
2026/2027 mövsümü avqustun 14-də start götürəcək və 2027-ci il mayın 12-də başa çatacaq. Çempionatda “Sabah”, “Qarabağ”, “Zirə”, “Araz-Naxçıvan”, “İmişli”, “Kəpəz”, “Qəbələ”, “Neftçi”, “Sumqayıt”, “Şamaxı”, “Şəfa” və “Turan Tovuz” klubları mübarizə aparacaqlar.
Reqlamentə əsasən, komandalar ardıcıl ikidən çox ev və ya səfər oyunu keçirə bilməzlər. Hazırda yalnız I və II dövrənin təqvimi müəyyənləşib; III dövrənin püşkü isə daha sonra atılacaq.
Stadionlarında işıqlandırma sistemi olmayan klubların ilk ayda ev oyunlarını rəqib meydanında keçirməsi barədə yeni qayda tətbiq olunub. Bu səbəbdən, püşkə görə Şamaxıda keçirilməli olan “Şamaxı” – “Qarabağ” qarşılaşması II dövrəyə təxirə salınıb.
I turun oyunları:
“Turan Tovuz” – “Qəbələ”
“Araz-Naxçıvan” – “İmişli”
“Kəpəz” – “Sabah”
“Sumqayıt” – “Neftçi”
“Zirə” – “Şəfa”
“Şamaxı” – “Qarabağ”