Sloveniyalı referi Slavko Vinçiç DÇ-2026-nın İspaniya – Argentina finalını idarə edəcək.
FIFA-nın açıqladığı görüntülərdə təyinatı eşidən 46 yaşlı hakimin emosional anlar yaşadığı və göz yaşlarını saxlaya bilmədiyi əks olunub. Bu təyinatla Vinçiç dünya çempionatları tarixində final matçına idarə edən ilk sloveniyalı referi kimi tarixə düşəcək.
Final görüşündə ona həmyerliləri Tomaş Klançnik və Andraj Kovaçiç yardım edəcəklər. Ehtiyat hakim funksiyasını isə iordaniyalı Adham Mahadme və Məhəmməd Əl-Qalaf yerinə yetirəcəklər.
Qeyd edək ki, Vinçiç turnirin cari mövsümündə Braziliya – Mərakeş, İordaniya – Əlcəzair və Meksika – Ekvador matçlarını idarə edib. Maraqlı məqam ondan ibarətdir ki, o, DÇ-2022-də Argentinanın Səudiyyə Ərəbistanına sensasiyalı şəkildə məğlub olduğu (1:2) matçın da baş hakimi olub.