Türkiyə futbol ictimaiyyəti “Beşiktaş”la bağlı gündəmə gələn şok transfer iddiası ilə çalxalanır. Klubun sabiq əfsanəvi qapıçısı Rüştü Rəçbər, “qara qartallar”ın dünya ulduzu Məhəmməd Salahı heyətinə qatmağa yaxın olduğunu, hətta transferin artıq tamamlandığını iddia edib.
“Beşiktaş”ın keçmiş qapıçısı Rüştü Rəçbər “NOW Spor” kanalında çıxışı zamanı klubun prezidenti Sərdal Adalı haqqında yüksək fikirlər səsləndirərək, bu transferin reallaşdığına əminliyini ifadə edib: “Prezidentlə yaxın münasibətim var və onun iş üslubunu və jestlərini yaxşı bələdəm. Tam məlumata əsaslanaraq deyirəm ki, Salah transferi artıq tamamlanıb”.
Xatırladaq ki, daha əvvəl Leandro Trossarın imza mərasimində “Beşiktaş” azarkeşləri prezident Sərdal Adalıya müraciət edərək Salahın transfer tələb etmişdilər. Görünür, klub rəhbərliyi bu çağırışlar ciddi qəbul edib.
İddialara görə, misirli ulduz agentləri vasitəsilə “Beşiktaş”a təklif olunub və futbolçunun illik maaş tələbi 15 milyon avro təşkil edir. Mənbələr Salahın Türkiyədə karyerasını davam etdirməyə müsbət yanaşdığını bildirir.
Transferin mümkünlüyü ilə bağlı suallara cavablandıran Salahın agenti Rami Abbasın açıqlaması isə intriqanı daha da artırıb: “Salahın gələn mövsüm hansı klubda çıxış edəcəyi hələ ki, dəqiqləşməyib. Lakin çox yaxın zamanda bu barədə məlumat əldə edəcəyik”.
İndi bütün gözlər “Beşiktaş” klubunun rəsmi açıqlamasına yşnəlib. İdman dünyası bu transferin reallaşacağını böyük maraqla gözləyir.